Qadin.NET / İt dişləməsində ilkin yardım

İt dişləməsində ilkin yardım

 İt dişləməsində ilkin yardım

Gündəlik ev həyatımızda tez-tez pişik və itlərin insanları dişləməsi ilə qarşılaşırıq. Pişik, ya da it dişləmələrində isə diqqət edilməsi lazım olan ən əhəmiyyətli şey dişlənilən bölgənin, yəni yaranın təmiz olmasıdır. Pişik, ya da it tərəfindən dişlənilən bölgə dərhal su və sabun köməyi ilə ən az 5 dəqiqə boyunca yuyulub təmizlənməlidir. Yuyulub təmizlənən hissə daha sonra dərhal təmiz bir dəsmal köməkliyi ilə sarılıb bağlanılmalıdır. Yaralı, ya da xəstə olan adamın hər zaman olduğu kimi ürək döyüntülərini yoxlamaq lazımdır.

Əgər dişlənilən bölgədə qanama var isə yaraya təmiz bir dəsmal köməkliyi ilə basılaraq qanamanın qarşısını almaq lazımdır. Dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

İt dişləməsində ilkin yardım

Bu kimi vəziyyətlərdə hər zaman quduz peyvəndi edilməlidir. Çünki heyvanlar ümumiyyətlə gigiyenik mühitlərdə yaşamazlar və buna görə ağızlarında çox miqdarda mikroblar saxlayarlar.

Heyvan dişləmələrində ən əhəmiyyətli və ən təhlükəli olan vəziyyət quduz yoluxma riskidir. Buna görə nə olursa olsun, dişlənilən adam dərhal tibbi yardım almalıdır. Bildiyiniz kimi quduz virusu heyvanın tüpürcəyində var və bu mikrob adama keçməkdədir. Xüsusilə heyvanların qəflətən gözlənilməz halda etdikləri hücumlarında bu risk daha çoxdur.

Ev heyvanlarında isə quduz riski daha çox  azdır. Lakin ev heyvanları da baytar nəzarətindən keçirilməlidir vaxtı vaxtında.

Bu heyvanlar virusu əvvəl heyvana bulaşdırırılar, sonra da heyvan sizə bulaşdırar və siz bunun fərqində belə olmaya bilərsiniz. Buna görə dişləyən heyvan şübhəsiz bir baytar tərəfindən yoxlanılmalıdır və əgər peyvəndi yoxdursa, müşahidə altında saxlanılmalıdır.

3 iyul 2015
GO BACK