Qadin.NET / Ballı suyun sağlamlığa faydası

Ballı suyun sağlamlığa faydası

Ballı suyun sağlamlığa faydası

Bal və suyun qarışığından təkcə şirin bir şərbət şirin bir şərbət əldə edildiyini düşünürsünüzsə, yanılırsınız! Balın nə qədər faydalı bir qida olduğunu bilməyən yoxdur. Bu möhtəşəm ikili bir araya gəldiyində sağlamlığımıza necə təsir edir? Bu da ballı suyun möcüzəvi faydası.

                                                                             Ballı su arıqlamanıza kömək olur.

Bəli bal yüksək şəkərli bir qida olmasına baxmayaraq həqiqi balda olan şəkər tamamilə təbii və bu xüsusiyyətiylə də sağlam bir kalori qaynağıdır. Çox kilolarınızdan xilas olmaq üçün hər səhər bir stəkan ballı su içə bilərsiniz.

Səhərlər bir stəkan ilıq ballı su içsəniz, həzm sisteminizdə möcüzələr yaradacağını bilirdinizmi? Daimi olaraq ballı su içmək həzm sisteminizi nizama salar. Bal mədənizdəki turşuluğu rahatlaşdıran bəzi xüsusiyyətlərə sahibdir. Eyni zamanda qalın bağırsaqlarınızı nəmləndirən bal qəbizliyin qarşısını alar.

Ballı suyun sağlamlığa faydası

Səhərlər içəcəyiniz bir stəkan ballı su həmin an enerjinizi artırar və özünüzü yaxşı hiss etməyinizə kömək olar. Bal tez bir zamanda enerji verənkən, suyu isə sizin susuz qalmağınızın qarşısını alar. Edilən araşdırmalara görə yüngül su itkisi belə özünüzü yorğun və halsız hiss etdirər. Bu səbəblə axşam üstü enerjili olmaq üçün içdiyiniz qəhvənizi ballı su ilə dəyişdirə bilərsiniz.

Boğazınız ağrıdığında və qıcıqlanma olduğunda ilıq ballı su boğazınızı sakitləsdirər. Və əgər öskürürsünüzsə, boğazınızın qıcıqlanmasından qaynaqlanırsa, ballı su quru öskürəyinizi kəsər.

Ballı suyun sağlamlığa faydası

İlıq ballı suyunuza bir neçə damcı limon sıxın və hər səhər için. Bu qarışıq bədəninizdəki toksinlərdən xilas olmağınıza kömək edəcək. Ballı suya tökdüyünüz limon damlaları, sidiyinizi artırar və daha tez-tez ayaqyoluna gedərək bədəninizdə yığılan toksinlərdən sürətli xilas olmanıza kömək olar. Eyni zamanda ballı limonlu su sidik yollarınızın sağlam qalmasını təmin edər.

Ballı su qarışığı immunitet sisteminizə dəstək olar və gücləndirər. Bu sadə içki balın bakteriya öldürücü xüsusiyyətləri sayəsində həzm sisteminiz üçün olduqca faydalıdır. Eyni zamanda mineral və fermentlər baxımından da zəngin olan bal edilən araşdırmalara görə bakteriyaların antibiotik dərmanlara qarşı olan müqavimətini qira bilir.

Əgər yerli və işlənməmiş bal istifadə edirsinizsə, bədəninizin olduğu bölgənin iqliminə öyrəşməsini təmin edərsiniz. Balın içərisində olan regional polenlər ekoloji alergiyalara olan həssaslığınızı azaldar.

Ballı sudan faydalanmaq üçün hər gün əlavə bir stəkan su içmiş olacaqsınız.

15 may 2015
GO BACK