Qadin.NET / Ağız qoxusuna son

Ağız qoxusuna son

 

Ağız qoxusuna son

 

Qoxunu yox etmək üçün təkcə dişləri fırçalamaqla iş bitmir. Bəs nə etmək lazımdır ki, bu qoxu bizi tərk etsin? Bu vaxt nəfəsinizi təzələməyə yardımçı ola biləcək yeməklərdən, meyvə və ədviyyatlardan istifadə etmək lazımdır. Məsələn, alma, kök, turp nəfəsi təmizləməkdə təsirlidir. Nanə və darçın da sarımsaq və soğan qoxularına qarşı birə- bir təsir edir. Darçının qabıqlarında olan xüsusi yağ ağızdakı bakteriyaları məhv edir.
Limonu ortadan ikiyə bölüb, suyunu içməklə ağız qoxularını yox etmək olar. Cəfəri, keşniş, razyanadan da istifadə etmək məsləhətdir. Gündə 1 və ya 2 dəfə yeyəcəyiniz yarım fincan qatıq da ağızda qoxu əmələ gətirən hidrogen-sulfidi aparmaqda gözəl vasitədir. Çünki ağızdakı pis qoxuları yaradan da elə hidrogen-sulfiddir.

12 may 2011
GO BACK