Bitki limon kimi turş olması ilə fərqlənir. Mətbəxdə və əczaçılıqda istifadə olunur. Artıq bu bitkinin 150 növü mövcuddur. Tərkibində A, C vitaminləri, fosfor, dəmir və tiamin vardır. Gözləri zəif olanlar quzuqulağından (turşəng) istifadə etmək məsləhət görülür. Oynaqların müalicəsində və anemiya xəstəliyində də istifadə edilir. 2011- ci ildə keçirilən tədqiqatlar bitkinin virus əleyhinə olan xüsusiyyətləri haqqında danışmağa imkan verir. Bitkidən hazırlanan maskalar qerpes (uçuq), psoriaz və ekzemanı aradan qaldırmağa kömək edir. Piylənmədən əziyyət çəkən xəstələr üçün təhlükə törətmir, çünki tərkibində yağlılıq azdır.
İltihab prosesini və ya vitamin çatışmamazlığını aradan qaldırmaq üçün bitkini qaynar suda dəmləyib bir həftə qəbul etmək lazımdır. Tərkibində olan antioksidantlar orqanizmi ağır metallardan xilas edə bilər. Alimlər iddia edirlər ki, bitki xərçəng xəstəliyinə qarşı mübarizə aparmağa kömək edir. Turşəng ağrını, şişi azaldır, sağlamlığı yaxşılaşdırır, iştahı artırır, ürəyi möhkəmləndirir.
Turşəngin yarpaqlarının dəyəri ondadır ki, sadalanan vitamin və minerallardan əlavə, həm də zülallar (1,5 q) və yağlar (0,3 q), həmçinin karbohidratlar (2,9 q) var. Turşəngi cəmi 2-3 dəqiqə qaynatmaq lazımdır. Rəngi solğun (zəif) yaşıl olarsa demək hazırdır.
Qidada istifadə edərkən alüminium və çuqun qablardan istifadə etmək olmaz. Turşəngdə olan turşuluq, metal ilə reaksiyaya başlayır, və nəticədə zəhərli maddələr bədənə ziyan vurur. Turşəngin xeyrini və ziyanını bir qayda olaraq həkimlər insan üçün ayrıca müəyyən edirlər. Qeyd etmək lazımdır ki, o, revmatizma, podaqra, və həmçinin hamilə qadınlara, böyrək xəstəliyi olan insanlara məsləhət görülmür.