Ürək masajı nə deməkdir və necə edilir?
Bir insanın ürəyi dayanıbsa və nəfəs almırsa vaxt irimədən xəstəxanaya məlumat verilməlidir.Bir yandan da ilk tibbi müdaxilə olunmalıdır.Təbii ki,ilk yardım bacaran biri tərəfindən.İlk ediləsi işlər:
1.Xəstənin nəfəs alıb-almadığını dəqiq bilmək.
2.Əgər nəfəs almırsa süni tənəffüslə nəfəs vermək lazımdır.
3.Ürəyi atmırsa tez ürək masajı edilməlidir.
Bəs ürək masajı nədir?
Ürəyin bəzi səbələrdən dayanması və qan dövranının yaxşı işləməməsi vəziyyətində ürəyə bayırdan edilən müdaxilə ürəyin içindəki qanın dövranının və ürək atışlarının təkrar başlatma məqsədilə edilən ilk yardıma ürək masajı deyilir.Bu ilk yardımı bilməyən insanın etməsi çox təhlükəlidir.Ən əsasıda atmaqda olan ürəyə ürək masajı edilə bilməz!Ayrıca da döş qəfəsinə həddən artıq ağırlıq salmaq olmaz,çünki,qabırğalar içəridəki orqanlardan birinə girə bilər.Buna görə də mütləq bu barədə məlumatı olan birinin bunu etməsi lazımdır.
Böyüklərdə ürək masajı:
*İlk öncə xəstənin boynundakı şah damardan nəbz yoxlanılmalıdır və ürək atışlarının olmadığına əmin olmaq lazımdır.
*Əgər nəbzi atmırsa xəstə sərt bir yerə beli üstə uzadılmalıdır.
*Sağ tərəfində diz çöküb ilk yardım edilməlidir.
*Döş qəfəsi üzərində əlləri uyğun yerə qoyaraq dirsəkləri bükməmək lazımdır.
*Bu masaj 1 dəqiqə içində 80-100 dəfə edilməlidir.
*Bu iş edildikdə əllər qətiyyən yerini dəyişməməlidir,eyni vəziyyətdə qalmalıdır.
*Hər 3 dəqiqədən bir nəbz yoxlanılmalıdır ki,ürəyin işləyib işləmədiyini bilmək üçün.
*Hər əllər vurulduqda döş qəfəsi 4sm aşağı enməlidir.
*ÜRƏK ATMAĞA BAŞLADIĞI ANDAN ÜRƏK MASAJI DAYANDIRILMALIDIR.
Əgər ürək hələ də işləmirsə həkimlər gələnə qədər masaj davam edilməlidir.
Uşaqlarda ürək masajı necə edilməlidir?
Uşaqlarda ürək masajı edərkən daha həssas olunmalıdır və çox yüklənilməməlidir
*Təbii ki,bu həssas vəziyyət olduğu üçün mütləq həkimə müraciət edilməlidir.