Qadin.NET / Disleksiya

Disleksiya

 

Disleksiya

 

İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir,yeriyir,danışır,oyun oynayır,məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda Disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur.

Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır.

Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir.

İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər.

Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:

Danışmada gecikmə

Yeni sözləri gec öyrənmə

Hərəkət və koordinasiya pozuqluğu

İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər

Danışarkən düzgün sözlərdən istifadə etməmək

Bəzən valideynlər bu əlamətləri normal hal kimi dəyərləndirir və uşaqlarında heç bir problem olmadığını bildirirlər.Lakin uşaqlar məktəbə başladıqdan sonra bu saydığımız əlamətlərin daha kəskin formaları özünü göstərir.

Məktəb dönəmi görülən əlamətlər:

Hərfləri öyrənmədə çətinlik

 Sözləri hecalamada çətinlik

Sözləri və obyektlərin adını xatırlamada çətinlik

 

Disleksiya

 

 

 Yazıları oxumada çətinlik

Oxşar səsləri və hərfləri fərqləndirə bilməmək

 Oxuyarkən sözləri, sətirləri buraxmaq

 Yazı yazmada çətinlik (52 əvəzinə 25, kitab əvəzinə batik yazmaq və s.)

 Sözlərin düzgün mənalarını bilməmək

 Yazı yazmağı və oxumağı bacarsalar belə, yazıda çoxlu imla səhvləri buraxmaq və çox gec oxumaq

İnsanların bir qismi disleksiyanın xəstəlik olduğunu digər bir qismi isə bunu zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Lakin bunların heç biri doğru deyil. Hətta zəka səviyyəsi yüksək olan bir çox məşhurlar da belə disleksiya mövcud olub. Məsələn; Walt Disney, Albert Einstein, Tom Cruz, Bill Gates,Leonardo Da Vinci, Rodin,Harry Belafonte və s.

Disleksiyanın xüsusi bir müalicə üsulu yoxdur. Ancaq aşağıdakı ünsürlər onların müalicəsində böyük rol oynayır:

 Doğru qidalanma

 Ailədə və cəmiyyətdə ona qoyulan düzgün münasibət

 Özəl dərslər (burada onun öyrənmə qabiliyyətinin artması üçün daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir)

Disleksiyanın erkən yaşlarda diaqnozu çox vacibdir. Bu halda o məktəbə qədər olan müddətdə müəyyən dərəcədə inkişaf etmiş olar və artıq məktəb zamanı özyaşıdlarından geri qalmaz , həmçinində məktəb fobiyası yaranmaz.

Görülən bütün problemlərlə yanaşı disleksiyalı fərdlərin bir ya da bir neçə sahədə üstün qabiliyyətləri ola bilər. Onların incəsənət, fərdi idman, texnologiya, mexaniki, vizual-fəza sahələrində qabiliyyətləri araşdırılmalıdır. Bu sahələrin fərq edilməsi həyatlarının planlaşdırılması baxımından böyük əhəmiyyət daşımaqdadır. Həmçinin müvəffəqiyyət duyğusu yaşaması və mənlik hörmətinin artması baxımından da əhəmiyyətlidir.

İsmayılova Qədəmli

7 aprel 2015
GO BACK