Çoxsaylı araşdırmaların nəticəsi göstərir ki, yaşıl çay sağlamlıq üçün çox xeyirlidir.Ancaq alimlərin son nəticələri göstərir ki, bu həmişə belə deyil.
Amerikalı mütəxəssislər müəyyənləşdiriblər ki, yaşıl çayın bəzi komponentləri sümüyün strukturuna pis təsir edə bilər.
Təcrübə siçanlarının üzərində eksperiment keçirilmişdir.Siçanlara 6 ay ərzində yaşıl çay ekstraktı verilmişdir.Nəticədə bu siçanların sümük toxumalarının çəkisi xeyli azalmışdır.Buna görə siçanların ümumi çəkisi də xeyli azalıb.
Alimlər hesab edirlər ki, çoxlu miqdarda yaşıl çaydan istifadə edilməsi sümüklərin zəifləməsinə gətirib çıxara bilər.Az miqdarda yaşıl çay uşaqlara verilə bilər. Çünki bu içki inkişaf edən orqanizmin sümük strukturuna,onun mineral və struktur inkişafına təsir edə bilər.