1. Hər gün 3 litr çiy su içməyə vərdiş edin.Ay yarım müddətində hər yarım saatdan bir 30 q çiy su için.
2. Heç vaxt canınız ağrıyarkən,zehni və fiziki halsızlıq şəraitində,yorgun halda,qızdırmalı halda qida qəbul etməyin.
3. Yalnız aclıq hiss etdiyinizdə yeyin.Yeməyə 10-15 dəq qalmış 200 q çiy su için.
4. Yemək vaxtı su içməyin.Çünki su 10 dəq sonra mədəni tərk edir,özü ilə bərabər mədə şirəsini də yuyub aparır.Bu da həzmolmanı pozur.Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-qurtum,ağızda saxlaya-saxlaya için.Suyu meyvələrdən 30 dəq,nişastalı qidalardan 2 saat,zülallı qidalardan 4 saat sonra içmək faydalıdır.
5. Soyuq içkiləri içmək və soyuq xörəkləri yemək mədədə enzimlərin (həzmolma şirələrin) fəaliyyətini dondurur.Mədə normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə zədələnir.Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir şeydir.
6. Çox isti çay içmək və çox isti xörək yemək də enzimlərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur.
7. Purin maddələri və alloksur əsasları (kofe,çay,şokolad,kakao,ekstraktiv ət bulyonları,hisə verilmiş ətlər) olan qidalar toksik təsirə malikdir,bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar.Rafinləşdirilmiş şəkərdən imtina edin.Pulunuzu bala,qurudulmuş meyvələrə,şirin meyvələrə verin.
8. Əsasən,çiy və təbii qidaları (tərəvəz,meyvə,tumlar,qoz,fındıq,püstə,badam və.s.) yeyin.
9. Xörəkləri qarışdırmayın.Qidalar qarışanda bir qida növü həzm olunur,digərləri isə həzm olunmur,çürüyür,o birilərini də çürüdür.Yaxşı olar ki,səhər nişasta,günorta zülal,axşam kəsmik,yaxud yumurta yeyəsiniz.
10. Səhər yeməyini şirəli meyvələrdən başlayın.2-3 qoz əlavə etmək yerinə düşər.Meyvəni çiy,qabıqlı və tumları ilə bərabər yemək lazımdır.
11. Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək lazımdır.Gündə 3 dəfə qida qəbul edirsinizsə,2 dəfə salat yeyin.Salatı 3-4 növ çiy tərəvəzdən hazırlayın.
12. Təbii zülalların,vitaminlərin və mineral maddələrin ən etibarlı daşıyıcısı olan qoz-fındıq ailəsindən və hər cür tumlardan müntəzəm istifadə edin.
13. Yağlardan mümkün qədər az istifadə edin.Yağlar həzmolmanı yubadır,mədədə və bağırsaqda çürümə törədir.QADINLARIN NƏZƏRİNƏ:xörəyə yağı yalnız xörək tam hazır olanda əlavə edin.
14. Bişmiş xörəkdən imtina edə bilmirsinizsə,xörəklə bərabər salat yemək,təzə şirələr içmək məsləhətdir.YADDDA SAXLAYIN:çiy ərzaq bişmiş xörəkdən 3 dəfə çox olmalıdır.
15. Bütün yeməkləri çox çeynəmək lazımdır.Bu da həzmolmanı asanlaşdırır.Qəbul olunan qidanın həcmini və çəkisini 1.5-2 dəfə azaltmağa imkan verir.
16. Orqanizmə vaxtaşırı istirahət verin.Buna sanitar saatı deyilir.Çünki bağırsağın divarlarında gün ərzində 3 kq-dan 25 kq-dək zir-zibil toplanır.
17. Əgər əti,yumurtanı,göbələkləri,pendiri,dənləri,paxlalı bitkiləri öz rasionunuzdan tam çıxarda bilmirsinizsə,onda onları tərəvəzlərə əlavə kimi qəbul edin.
18. Çox yeməyə can atmayın:çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət və ağır yükdür.
19. Qidada xörək duzunun miqdarını azaldın.Ürək-damar xəstəliyi zamanı ondan tamam imtina edin.
20. Həzmolma yalnız qida “çələngi” düzgün tərtib edildikdə yaxşı gedir.