Qadin.NET / Pankreatitin kəskinləşməsi

Pankreatitin kəskinləşməsi

 


 


Mədəaltı vəzinin iltihabı-xroniki pankreatit-mövsüm xəstəliklərinə aid deyil.Onun kəskinləşməsi bir neçə səbəbdən baş verə bilər.Onlardan birincisi alkoqola qarşı hissiyyatlıqdır.Kəskinləşməyin  digər səbəbi  öd daşlarının tərpənməsidir.



Əksər hallarda pankreatit stasionar deyil,ev şəraitində  müalicə olunur.Axı vərdiş olunmuş ağrıları mədəaltı vəzinin kistaları,fistulaları və hətta daşları törədə bilər.Belə hallarda sizə operativ  müdaxilə tələb oluna bilər.



Güclü kəskinləşmə zamanı 1-3 gün ac qalmaq lazəmdır.Yemək olmaz,yalnız tünd olmayan çay  və itburnu həlimi içmək olar.Tez -tez və hissəvi  qidalanmaya keçmək kifayətdir.Müalicəvi  pəhrizin enerji dəyəri o qədər də az deyil-2500-3000 kalori,lakin bu ,pəhriz yeməkləri olmalıdır.



Bu xörəkləri su və ya buxar ilə bişirərək ,xırda doğranmış və sürtgəcdən  keçirilmış şəkildə yemək lazımdır.İndi sizə heyvan mənşəli zülal-su ilə bişirilmiş ət,toyuq əti,balıq və yumurta -faydalıdır.Masanın üzərində süd məhsulları ,sıyıqlar və boyat çörək olmalıdır.Nahar yeməyi üçün tərəvəz, süd və yarma sıyıqları hazırlayın.Şirniyat istədikdə ,bal və ya mürəbbə yeyə bilərsiz.Təmiz şəkildə şəkərin miqdarını 70q,duzu isə 10q-a qədər azaldın.Sobada və suda bişmiş  şəkildə olan daha faydalıdır.



Ağrılar kəskinləşmə dövrü  əmələ gəlmiş bir neçə gün davam edərsə,spazmolitiklər  təyin olunur.Onlar öd və pankreatik axarların spazmını aradan qaldıraraq,ağrı hissiyatını azaldır.Sadə vasitələrdən no-şpa və papaverin daha güclülərdən  isə buskopanı qeyd etmək olar.



Ağrı şiddətli olduqda isə bu dərmanlara  ağrikəsici və ya analgetiklər əlavə olunur.Analgin,sedalgin,tempalgin,baralgin,pentalgin.



Kəskinləşmə ağır olmayan  və ağrı ilə biruzə   verilən şəxslərə  həb şəklində fermentlər yaşayır-pankreatin,mezim-forte.Onlardan  hər yeməkdən əvvəl 1-2 həb qəbul etmək lazımdır.Xəstəliyin ağırlığından  asılı olaraq,gün ərzində 3-10 həb qəbul etməlisiniz.Həblər kömək etmədikdə kapsullara keçmək lazımdır-kreon və ya pansitrat. 



Kapsulları pankreatit  əməlli başlı xroniki olduqda,yəni 10-20 il davam etdikdə  də ,qəbul edirlər.Bu müddət ərzində  mədəaltı vəzi toxumasının bir hissəsi dəyişir və o,artıq həzm üçün zəruri  olan  fermentləri  müstəqil ifraz edə bilmir.Bu zaman pasiyenti daima qarın köpməsi narahat edir.İnsan durmadan arıqlıyır.Bu halda mədə altı vəziyə  ciddi dəstək lazım olur-yüksək dozada kreon və pansitrat-20 000-25 000 vahid.

Onları gündə 4 dəfə ,bir kapsul qəbul edirlər.Belə müalicə uzun illər ,hətta ömür  boyu davam edir.

Menyudan alkoqol,bütün acı,yağlı,qızardılmış və hisə verilmış ərzaqlar çıxarılmalıdır.Konservləşdirilmiş məhsullar,ədviyyatlar,marinadlar , qaraciyər,  beyin 
 və göbələk də qadağan olunur.İspanaq ,turşəng,sağan və paxlalıları da istifadə etməyə dəyməz.

Faydasız məhsullar siyahısına dondurma,kakao,qazlı içkilər,şokolad,krem,yağlı xəmir də daxildir.

30 may 2011
GO BACK