Qadin.NET / Süd verən ananın sağlam qida vərdişi

Süd verən ananın sağlam qida vərdişi

Süd verən ananın sağlam qida vərdişi

Körpələrin ana südü ilə bəsləmək istəyən anaların ən çox maraqlandığı mövzu məhz süd artıran ərzaqlar və əmizdirmə dövründə düzgün qidalanma vərdişləridir. Əmizdirən analar adətən südlərinin miqdarını artırmaq üçün yüksək kalorili yeməklərə üz tutmağa və lazımından artıq miqdarda qida qəbul etməyə başlayırlar. Süd ehtiyatlarını artırmaq, ana-bala köpünü azaltmaq, əmizdirən müddət daxilində nəinki kökəlməmək hətta özünüzə və körpənizə xələl gətirməməklə istədiyiniz qədər arıqlamaq, ən əsası isə sağlamlığınızı və immunitetinizi möhkəmləndirmək üçün analarımıza bir neçə sadə məsləhətimiz var. 

Süd verən ananın sağlam qida vərdişi

Suyu bədəniniz tələb edən miqdarda qəbul edin. Son araşdırmalar (L.B.Dusdieker et al. “Effect of supplemental fluids on human milk production”) göstərir ki, bədənin tələb etdiyindən artıq mayenin qəbul edilməsi südün keyfiyyətinə mənfi təsir göstərə bilir. Mayenin normadan az qəbul edilməsi də süd ehtiyatında problemlərə səbəb ola bilər. Gün ərzində 6-8 stəkan su kifayətdir.

Aclıq hissi gələndə yeyin. Yüksək kalorili və ifrat miqdarda yemək heç də südün artmasının zamini deyil. Sürədən xəfif aclıq hissi ilə durun. Əgər yemək qəbulundan sonra özünüzü ağır və tənbəl hiss edirsinizsə, deməli, lazım olan miqdardan qat-qat artıq yemisiniz. Bu halda yeməyinizin miqdarını tədricən azaltmaqla özünüzü həm sağlam, həm də güclü hiss edəcəksiniz. 

Süd verən ananın sağlam qida vərdişi

Sağlam və evdə hazırlanan yeməklərə üstünlük verin. İfrat şəkildə emal olunmuş ərzaqlar (ağ un, ağ şəkər və s.), hazır qida məmulatları (yarımfabrikatlar, şirniyyat və s.) və qida əlavələrindən (ketçup, mayonez və s.) maksimum dərəcədə yayınmağa çalışın.

Təbii məhsullara üstünlük verin. Meyvə-tərəvəzləri, paxlalı və dənliləri fəal şəkildə yeməklərinizdə istifadə edin. Çoxsaylı emaldan keçən ərzaqları daha az emal olunmuş şəkildə (məsələn, ağ unu kəpəkli unlar, ağ şəkəri qəhvəyi şəkərlə, ağ düyünü qonur düyü ilə əvəz edərək) qəbul edin.

Süni yolla bəslənmiş və ya becərilmiş məhsullara təbii alternativ axtarın. Bəzi zərərli, kimyəvi maddələr ana südü vasitəsilə körpəyə ötürülə bilər. 

Süd verən ananın sağlam qida vərdişi

Kofein və alkoqollu içkilərdən, tütün məmulatlarından çəkinin (Maureen Minchin “Breastfeeding Matters” və Australia National Health and Medical Research Counsil məlumatlarına görə). Qazlı su, şokolad, qəhvə, ifrat miqdarda spirtli içki südün miqdarına və keyfiyyətinə mənfi təsir göstərir.

Rasionunuzda fitoestrogenlərin miqdarına nəzarət edin. Bəzi təbii məhsullar (adaçayı otu, nanə, cəfəri, ətotu, soya) fitoestrogenlə zəngin olduğu üçün südün müəyyən miqdarda azalmasına səbəb ola bilər (“The Breastfeeding Mothers Guide to Making More Milk” Diana West, Lisa Marasco).

Qidanızdan onları tam kəsməyə ehtiyac yoxdur. Sadəcə olaraq kəmiyyətinə nəzarət edərək hər birindən faydalana bilərsiniz.

Əgər hər hansısa ərzaqların qəbulu sizə köp və allergiya verirsə, onlardan az miqdarda istifadə etməyə çalışın. Ümumilikdə isə istənilən qida məhsullarından hədii aşmamaq şərtilə istifadə edə bilərsiniz.

23 fevral 2015
GO BACK