Qadin.NET / Təmiz bir dəri üçün beş qulluq məsləhəti

Təmiz bir dəri üçün beş qulluq məsləhəti

Təmiz bir dəri üçün beş qulluq məsləhəti

Gecə gec saatlara qədər işləmək, stress, həddən çox günəş və hava çirkliyi. Bütün bunlar dərinizi hər gün solduran faktorlardan sadəcə bir neçəsidir. Bu faktorların hamısından xilas olmasanız da, dəriniz cansız, parıltısız bir görünüşdən və erkən yaşlanma əlamətlərindən qoruya bilərsiniz. Tək ehtiyacınız olan çox yaxşı bir baxımdır. Birinci addım: Daima təmizləyin. Dərinizi təmizləməkdən heç bir vəchlə vaz keçməməlisiniz, təmizlik dərinizin gözəlliyi üçün ən çox ehtiyacınız olan şeydir. Yaxşı bir təmizləyici kirləri və bakteriyaları təmizləyər, makiyaj qalıqlarını yox edər və bununla bərabər dərinizdəki ölü hüceyrələri və yağ hissəciklərinidə təmizləyər. İstifadə etdiyiniz təmizləyicinin işinin öhdəsindən yaxşı gəldiyindən, dərinizə nüfuz etdiyindən əmin olmalısınız. 


Təmiz bir dəri üçün beş qulluq məsləhəti


Üzünüzü və boynunuzu səhərlər və gecə yatmazdan əvvəl mütləq yumaq lazımdır. Bunun üçün dəri tipinizə uyğun yumuşaq və təbii sabunlar istifadə edin. Sərt sabunlar bəzi üzlərdə sızanaqlara səbəb ola bilər. Ayrıca dərinizi çox yumamalı, yuyarkən sərt şəkildə ovalamamalı, belə etdiyinizdə dəriniz üçün lazım olan yağları aradan qaldırmış olursunuz. Dərinizi mütləq ilıq su ilə yumalısınız. İkinci addım: Gündə iki dəfə nəmləndirin, yaxşı bir nəmləndirici dərinizi həm yumuşaldır, həm də nəmləndirir, mühit şərtləri ilə dəriniz arasındakı təmasında yumuşalmasını təmin edər. Dəriniz gündə iki dəfə nəmləndirilməyə ehtiyac duyar, səhərlər və gecə yatmazdan əvvəl. Yaxşı bir nəmləndirici kremdə qliserin, hyaluron turşusu və dimetikon olmalıdır. Əgər dəriniz həddən çox quru deyilsə, xəfif nəmləndiricilər istifadə edin. Seçdiyiniz məhsulun həm gecə və gündüz kremlərini əldə edin. Qış aylarında daha tünd nəmləndirici bir krem istifadə edə bilərsiniz, çünki dəriniz qurumağa daha meyilli olacaqdır. 

Təmiz bir dəri üçün beş qulluq məsləhəti

Yay aylarında isə yağsız, xəfif nəmləndiricilər istifadə edin. Həddən çox nəmələndirmək dərinizdə yağ ləkələri, qara nöqtələr və çatlar əmələ gətirə bilir. Buna görə nəmləndirməni normal səviyyədə saxlamalısınız. Üçüncü addım: lazım olmadıqca tonik istifadə etməyin Tonik mütləq istifadə ediləsi bir məhsul deyildir, amma yaxşı bir losyon makiyaj qalıqlarını və kirli yağ hissəciklərini təmizləmənizi asanlaşdırır. Əgər tonik istifadə etmək niyyətindəsiniz, spirtsiz olan bir məhsul seçin və dərinizə göstərdiyi reaksiyanı diqqətlə müşahidə edin. Əgər tonik dərinizi qurudursa, istifadə etməyin. Dördüncü addım: lazım olarsa, dərinizi yeniləyin. Dəriniz yorğun və parıltısız görünürsə, hər zamankındən daha yaxşı bir qulluğa ehtiyacı vardır. Belə bir durumda dərinizdəki ölü hüceyrələri təmizləmək əvəzinə, dermotoloqunuza, ya da gözəllik mütəxəssisinizə dərinizi necə yeniləyə biləcəyinizi soruşun. Ən yaxşı həll sistem, ya da maska ola bilər. Sürətli bir həll olaraq, antioksidant və Dimetiletanolamin (DMAE) tərkibli məhsullar seçə bilərsiniz. Qızarıq, ya da səpki əmələ gəlmiş dəri üçün isə ən yaxşısı C vitamini tərkibli məhsullarını istifadə etməkdir. Beşinci addım: Günəş yanıqlarından və erkən yaşlanmadan qaçırın. Yaxşı, qidalandırıcı, antioksidantlar baxımından zəngin bir krem, günəşin zərərli təsirlərinə qarşı dərinizi üçün ən yaxşı müdafiə üsuludur. Günəş kremini günlük dəri qulluğunuzun bir parçası halına gətirin. Hafizənizdə saxlayın ki, günəş kremlərilə makiyaj vasitələri bir yerdə istifadə edilincə günəşdən yaxşı qorunmuş olmursunuz.

26 aprel 2016
GO BACK