Qadin.NET / Hamiləlik zamanı diş ağrısı

Hamiləlik zamanı diş ağrısı

Hamiləlik zamanı diş ağrısı çox aktual mövzudur. Hamilə qadın özünə qarşı çox diqqətli olmalıdır ki, hər hansı xəstəlik və ağrı keçirməsin və həblər qəbul etmək məcburiyyətində qalmasın. Lakin diş ağrısı "gəlirəm" deməz və insanı ummadığı bir vaxt yad edər. Hamiləlikdə diş ağrısı baş verərsə, mütləq ilk əvvəl həkimə müraciət etmək lazımdır. Həkim məsləhəti ilə hər hansı həbi qəbul etmək olar. Lakin çox zaman diş ağrıları gecələr baş verir və bir çox qadınlar səhərə qədər dözüb həkimə getməyə səbr edə bilmirlər. Bu yorucu və əzab verən ağrıdan xilas olmaq istəyirlər. Gəlin görək hamiləlik zamanı diş ağrısından necə xilas olmaq olar?

Hamiləlik zamanı diş ağrısı

Çoxlarınız elə bilirsiniz ki, əgər insan dişlərinə qarşı qayğı göstərməsə və təmizliyinə qalmasa, bu zaman diş ağrıları baş verir. Lakin hamiləlik zamanı bədəndə baş verən hormonal dəyişikliklər, vitamin çatışmazlığı, orqanizmdə maddələr mübadiləsi proseslərinin pozulması, ağız boşluğu öz turşululuğunu artırılması, karies toksikozu çox zaman buna səbəb olur. Hamiləlik zamanı diş ağrılarını necə müalicə edək? Bu zaman diş ağrısı ilə həblər olmadan mübarizə aparmalıyıq. İlk növbədə hamilə qadının orqanizmi üçün ən təhlükəsiz vasitələrdən istifadə etmək lazımdır.

Hamiləlik zamanı diş ağrısı

* Bu zaman soda və adaçayı, qaxotu, çobanyastığı, bağayarpağı ilə ağız boşluğunu qarqara etmək və dişləri yaxalamaq lazımdır.

* Yaxud pambığı hər hansı bitgi yağı ilə isladıb diş ətinə qoya bilərsiniz. Tədricən ağrının azaldığının şahidi olacaqsınız. 

Hamiləlik zamanı diş ağrısı

* Mixək burda köməyimizə çatacaq. Əzib ağrıyan dişin üzərinə töksəniz xeyrini görəcəksiniz.

* Sarımsaq və bağayarpağı da diş ağrılarına kömək edir. Bunların bir damcısını ağrıyan dişin üzərinə qoysaq diş ağrısına müsbət təsir edəcək.

*Ağacşəkili əzvay, ev gülü də müalicəvi xarakterə malikdir. Belə ki, əzvayın yarpağını kəsib ağrıyan diş ətinin üzərinə qoysanız, diş ağrısının nə qədər tez keçdiyinin şahidi olacaqsınız.

Hamiləlik zamanı diş ağrısı

Hamiləlik zamanı baş verən diş ağrıları çox əziyyət verici olur. Onsuz da hamiləlik səbəbində əsəbləri qeyri-sabit olan qadının bu diş ağrıları ilə əsəbləri tamamilə pis olur və bu da həm anaya, həm də körpəyə zərərlidir. Yuxarıda saydıqlarımız diş ağrısına kömək etməyə də bilər. Bu zaman ağrıkəsici həblərə həkimlər tərəfindən də icazə verilir. Bunlardan noşba, paraçitomol, tempalqin, pentalqin və s. bunların əvəzedicilərini qəbul etmək olar. 

Hamiləlik zamanı diş ağrısı

Xanımlar unutmayın ki, hamiləliyinizin ilk rübündə, yəni ilk üç ayında döl çox zəif olur. Ona görə də ağrıkəsici həblərdən istifadə etməməyə çalışın. Lakin 3 ayından sonra döl ciftin himayəsinə keçdiyindən qəbul etdiyiniz həblər daha az təsir edir. Bunu da unutmayın ki, qəbul etdiyiniz həbləri mütləq hissələrə ayırıb qəbul edin. Ən yaxşısı isə mütləq stotoloqa müraciət edin. Ən yaxşı müalicəni gələcək anaya yalnız həkim edə bilər. Hamilə qadınların çox hissəsi diş ağrıları olduğu zaman təlaşa qapılır və həyəcan keçirir. Lakin qorxmaq lazım deyil. Qeyd etdiyimiz üsullarla ağrını bir az azaldıb sonra həkimə müraciət etmək lazımdır.

26 dekabr 2014
GO BACK