Gün ərzində iki fincan qəhvə içmək, xüsusilə orta yaşlı insanlarda yaranan Parkinson və şəkər xəstəliklərinə qarşı bədəni qoruyur. Qəhvədə olan kafein maddəsi şəkər xəstəliyinə yoluxma riskini 35% azaldır. Bununla yanaşı, ağrıkəsici funksiyasını da yerinə yetirir. Ancaq qəhvəni mütləq südlə için. Beləcə, kafeinin sümükləri zəiflətməsini əngəlləmiş olarsınız.
Antioksidan baxımından çox zəngindir. Kartof ən yararlı 100 qida arasında 17-ci sırada durur. Orqanizmi ağciyər xərçəngi, xərçəng xəstəliyi və ürək infarktına qarşı qoruyur. Ancaq kartofu qızartmaq əvəzinə, yağsız halda əzilmiş və ya bişirilmiş yemək daha məsləhətlidir.
Qara və ya yaşıl olmasından asılı olmayaraq, çayın hər növü xərçəng riskinin azaldılmasında təsirlidir. Çay qadınlarda uşaqlıq xərçənginə yoluxma riskini 50 % azaldır. Döş xərçəngi üçünsə bu nisbət 60% təşkil edir. Çay həm də alzhemier və ürək infarktına qarşı bədəni qoruyur.
Doyumludur, ancaq kalorisiz bir yemək olduğu üçün xüsusilə arıqlamaq istəyənlərin bir nömrəli seçimidir. Bundan başqa tərəvəz şorbası sodium baxımından da zəngindir. Bir kasa tərəvəz şorbasında 500 milliqram sodium olur. Sodium sinir sistemi və əzələlərin davamlı olaraq işləməsinə şərait yaradır, bədəndəki maye miqdarının həcmini qaydasında saxlayır. Ancaq gündə 1500 milliqramdan çox sodium təzyiq və ürək xəstəlikləri olan insanlarda əks təsir yaradır.