Qadin.NET / Balqabağın sehrli gücü

Balqabağın sehrli gücü

Balqabağın sehrli gücü

Balqabaq dəmir, kalium, kalsium və fosforla zəngindir.
Balqabağın tərkibində olan beta karotin ürək xəstəliklərində və hiperlipidemiya zamanı pis xolesterolun düşməsinə köməkçi olur. Antioksidan xüsusiyyəti sayəsində xərçəngə qarşı bədənin müqavimətli olmasına kömək edir. Bədəni mikroblardan qoruyur, immuniteti gücləndirilməkdə olduqca təsirlidir.
Balqabaq dəmir, kalium, kalsium, fosfor kimi əhəmiyyətli mineralları da tərkibində saxlayır. Bunun sayəsində sağlam sümük inkişafı və qan azlığına qarşı da olduqca əhəmiyyətlidir. Tərkibində olan A vitamini sayəsində dəri və hüceyrə quruluşunun yenilənməsinə də təsir edir. Balqabağın tərkibində olan sink saçların güclənməsini təmin edir və tökülməsinin qarşısını alır.  

Balqabağın sehrli gücü
Prostat problemlərinin baş düşmənidir.
Balqabağın toxumundan əldə edilən "balqabaq çəyirdəyi məcunu" prostat sağlamlığı üçün lazımlı mineralları tərkibində saxlayır. Kişilərdə tez-tez rast gəlinən prostat problemlərində prostat böyüməsinin qarşısını almaq üçün istifadə edilir. Bundan əlavə sidik ifrazını artıraraq sidiyə getmə çətinliyini aradan qaldırır. Sidik qovucu xüsusiyyəti sayəsində bədəndən toksinlərin atılmasına da köməkçi olur.  

Balqabağın sehrli gücü
Gözəlliyin sirri balqabaqda gizlidir.
Bişmiş balqabağı püre halına gətirib içinə bir az bal və bir az süd əlavə edərək məcun şəklinə salıb 15 dəqiqə üzünüzə tətbiq etsəniz, tərkibində olan vitamin və minerallar sayəsində dərinizin yenilənməsinə və nəmlənməsinə köməkçi olacaqdır.    

Balqabağın sehrli gücü
Balqabağı fərqli alternativlərlə sınayın!
Balqabaqdan fərqli alternativ reseplərlə də istifadə etmək mümkündür. Şorbası bişirilə bilər, yüngül bişmiş meyvə şirniyyatı olaraq hazırlana bilər və ya müxtəlif tortların və şirniyyatların tərkibinə qataraq istifadə etmək olar. Bundan əlavə körpələrin qidasında lif məzmunu artırmaq, aroma qatmaq və zəngin vitamin-mineral tərkibini təmin etmək üçün körpələrin tərəvəz və meyvə pürelərinə əlavə oluna bilər.    

Balqabağın sehrli gücü
Xərçənglə mübarizədə böyük rolu var.
Balqabaqda həm alfa, həm də beta karotin miqdarı heç bir tərəvəzdə olmadığı qədər yüksəkdir. Karotin miqdarı yüksək olan qidalarla qidalanmağın xərçənglə mübarizədə əhəmiyyətli rolu var. Xüsusilə mədə, prostat və lenfomalara qarşı karotinin qoruyucu olduğu düşünülür.
13 dekabr 2014
GO BACK