Qadın xəstəliklərində açıq əməliyyat yaxın zamanda tarixə qarışacaq. İndiki vaxtda miyoma, endometriozis, hətta xərçəng müalicələri belə uzun kəsiklərlə reallaşdırılan açıq əməliyyata ehtiyac qalmadan sadəcə milimetrik deşiklərlə həyata keçirilə bilir. Xalq arasında "bağlı və qansız" əməliyyat olaraq tanınan "laparoskopik cərrahiyyə" sayəsində xəstələr artıq bir gün xəstəxanada qalır və daha sonra gündəlik həyatına qayıda bilərlər.
Miyoma, yumurtalıq kistaları, şokolad kisti, sidik kisəsi sallanması, sidik kisəsi xərçəngi və daha bir neçə belə xəstəlik var. Hal-hazırda ekoloji faktorlar, orqanik olmayan qidalar və radiasiyaya tutulma kimi səbəblərdən ötəri qadın xəstəliklərinə rast gəlmə nisbəti bütün dünyada olduğu kimi ölkəmizdə də sürətlə artır. Bu qan qaraldan cədvəlin yanında üz güldürən xəbərlər də var xalq arasında "bağlı və qansız" əməliyyat olaraq tanınan və tibb dünyasının atdığı nəhəng addımlardan biri olan "laparoskopik cərrahiyyə" qadınlara böyük rahatlıq təqdim edir. Ancaq Türkiyədə "Laparoskopik cərrahiyə"-nin tanıtımı hələ lazım olan miqdara çatmayıb.
Bu səbəbdən Genekoloji edoskopiya dərnəyi həkimlərə "laparoskopiya" metodu haqqında təhsil verməyə davam edir. Həkimlərə istiqamətli tətbiq olunan Genekoloji edoskopik təhsil "programı"-dan biri də 29-30 noyabr tarixində Acıbadəm Universitetində reallaşdı. Təhsil proqramında danışan Acıbadem Universiteti Atakent xəstəxanası qadın xəstəlikləri və doğum mütəxəssisi Prof.Dr.Fatih Şendağ ölkədə qeysəriyyə əməliyyatı olmadan xərçəng müalicəsi də daxil olmaqla, bütün genekoloji əməliyyatların "laparoskopik" üsulla edilə biləcəyini deyib.
Son 20 il ərzində cərrahiyyədə bir çox əhəmiyyətli addımlar atıldı. Əvvəllər əməliyyatlar sadəcə əlaqədar bölgədə reallaşdırılan böyük kəsikdən ibarət idi. Xəstənin sinə, qarın və ya bədəninin digər bölgələrində uzunluğu 20-30 santimetrə qədər çata bilən böyük kəsiklər açmaq lazım idi. Bu böyük kəsiklər səbəbiylə də xəstə gündəlik həyata ancaq 2-4 həftə kimi uzun bir müddətdən sonra qayıda bilir və günlərlə şiddətli ağrılara dözmək məcburiyyətində idi. Üstəlik bu kəsiklər üzündən infeksiya ya da qanama kimi problem meydana gəlmə riski də olduqca yüksək idi. Günümüzün əhəmiyyətli inkişaflarından olan və qadın xəstəliklərində ilk dəfə 1989-cı ildə yoxlanışa alınması üçün tətbiq olunan "Laparoskopik cərrahiyyə"-də isə bütün əməliyyatlar göbək dairəsi altında açılan veçapları sadəcə 0.5-1.5 sm arasında dəyişən 3-4 kiçik kəsiklə edilə bilir. Bu sayədə də ənənəvi cərrahiyyə ilə müqayisədə xəstəyə bir çox əhəmiyyətli üstünlük təmin edir.
Acıbadəm Universiteti Atakənt xəstəxanası qadın xəstəlikləri və doğum mütəxəssisi Prof. Dr.Fatih Şendağ bir çox əhəmiyyətli avantajından ötəri qadın xəstəliklərində artıq hər əməliyyatda bağlı üsul seçiminə başlandığını dilə gətirərək "Miyoma, yumurtalıq kistaları, şokolad kisti, sidik kisəsi sallanması, yumurtalıq kanallarıyla əlaqədar problemlər və sidik kisəsi xərçəngi kimi qadın xəstəliklərinə istiqamətli əməliyyatların, demək olar ki, hamısı bağlı əməliyyat üsuluyla edilə bilir. İstəyimiz bu cərrahi texnikanın gedərək yayılması və mümkün olduğunca çox sayda qadının bu texnikadan faydalanmasıdır", deyə əlavə edib.
Bağlı əməliyyatın qadınlara təmin etdiyi 6 fayda
Qadın xəstəlikləri və doğum mütəxəssisi Prof. Dr.Fatih Şəndağ bağlı əməliyyatların xəstələrə təmin etdiyi 6 əhəmiyyətli faydasını belə sıraladı.
Daha estetik bir görünüş
Adi cərrahiyyə zamanı yaranan 15-20 sm-lik kəsik bağlı cərrahiyyədə yarım sm-ə düşür. Bu sayədə yara izi yox deyiləcək qədər az olur.
Daha az infeksiya riski
Bağlı əməliyyatın təmin etdiyi bir başqa əhəmiyyətli üstünlük də qarının açılmaması və kəsik yerinin çox kiçik olması sayəsində infeksiya riskinin böyük ölçüdə azalmasıdır. Görülən işlər də bunu dəqiq olaraq göstərir. Kiçik kəsiklər həm də inkişaf edən bel yırtığı kimi fəsadların meydana gəlməsinin qarşısını alır.
Daha az qanama riski
Kamera ilə böyük görüntü sayəsində əməliyyat edilməsi daha ətraflı görməyi və daha ətraflı əməliyyat etməyi təmin edir. Bu da xəstədəki, qanama miqdarını böyük ölçüdə azaldır.
Xəstəxanadan daha qısa müddətdə çıxma imkanı
Bağlı əməliyyat sonrasında xəstəxanada qalmaq müddəti çox qısa olur. Açıq əməliyyatda 5 günlük qalmaq müddəti var, bağlı əməliyyat texnikasında elə həmin gün də xəstəxanadan çıxa bilərsiz. Bunun səbəbi isə əməliyyat sonrası ağrı, infeksiya və qanaxma riskinin çox az olmasıdır.
Gündəlik həyata daha qısa müddətdə dönüş
Bağlı əməliyyatların ən əhəmiyyətli üstünlüklərindən biri də xəstələrin gündəlik həyata daha qısa müddətdə dönə bilməsidir. Xəstələr bağlı əməliyyat sonrasında bir həftə ərzində işlərinə və günlük fəaliyyətlərinə dönə bilir.
Əməliyyat sonrasına meydana gələ bilən sonsuzluq riskini azaldır.
Yumurtalıq kistaları, miyomalar, yumurtalıq kanallarındakı və ya ətrafındakı yapışıqlıqlar doğuma təsir edə bilir. Açıq cərrahiyyənin əksinə olaraq bağlı cərrahiyədə yumurtalıqlar qorunaraq kistlər çıxardılır, yumurtalıq kanallarındakı tutuqlar və yapışıqlıqlar təmizlənir və sidik kisəsi qorunaraq sadəcə miyomalar götürülə bilinir. Beləliklə də, xəstənin uşaq sahibi olma şansı artırıla bilər.