Yorğunluq insan fəallığının passivləşməsi, qanda enerjinin zəif hərəkəti deməkdir. Demək fəallıq azaldığı üçün qanda enerji də intensiv hərəkət edə bilmir.
İnsan özünü gümrah hiss etdikdə əhval-ruhiyyəsi də yaxşılaşır və işləmək istəyir. Xroniki yorğunluq hər hansı bir xəstəliyin əmələ gəlməsinə şəarit yaradır. Bunun qarşısını almaq üçün xalq təbabəti bizim harayımıza çatır. Bu məqsədlə hər gecə yatmazdan əvvəl 1 çay qaşığı bal götürüb üzərinə 1 dilim limonun şirəsini sıxaraq 1/2 stakan suya qarışdırıb içmək lazımdır.
Yuxudan qabaq sabunla yuyunmaq olmaz. Çünkü sabun qələvi tərkibə malik olduğu üçün o dəri ilə qana sovrularaq yorğunluq yaradır, dəri quruyur və qaşınır. Əgər çimmək zəruridirsə, mütləq lazımdırsa, onda çiməndən sonra sirkəli su ilə bədəni yaxalamaq lazımdır. Zəifliyi aradan götürmək üçün digər üsuldan da istifadə etmək olar. Bu məqsəd üçün 20-30 ml limon, qreyfurt və ya portağal şirəsini götürüb 1 stakan isti suya əlavə edərək üzərinə 2 çay qaşığı bal da qatıb içmək lazımdır.
Bu qarışığın üzərinə bir qədər xırdalanmış təzə qoz ləpəsi də qatmaq yaxşı olar.
Hər zaman gümrah olun!