Qadin.NET / Ağız sağlığını qoruyan 10 məsləhət

Ağız sağlığını qoruyan 10 məsləhət

Ağız sağlığını qoruyan 10 məsləhət

1. Dişlərə faydalı olacaq meyvə və tərəvəzlərlə qidalanın. Alma, armud, kök, çiyələk və kəvər kimi meyvə və tərəvəzlərin tərkibində olan təbii liflər ağız suyu ilə qarışdıqda dişlərinizin təmizliyini qoruyar.

Ağız sağlığını qoruyan 10 məsləhət

2. Ağzınızdakı bakteriyalardan 24 saat qorunmağa çalışın. Belə ki, keyfiyyətli diş məhlulları ilə gündə 2 dəfə dişlərinizi fırçalayın. Bu, dişlərinizdə saralamaların qarşısını alar və diş əti problemindən qoruyar.

Ağız sağlığını qoruyan 10 məsləhət

3. Acılı və şirin qidalar dişlərinizin tez çürüməsini təmin edir. Bu qidaları yedikdən sonra ağız təmizliyinizə fikir verin.

Ağız sağlığını qoruyan 10 məsləhət

4. Bol su için. Su ağzınızı daim nəm saxlayar. Əsasən də siqaret çəkən insanların bol su içməyi məsləhətdir. Siqaretin iyi ağzınızdan gəlməsin deyə daha çox su için.

Ağız sağlığını qoruyan 10 məsləhət

5. Gecə yatmazdan əvvəl diş sapı ilə diş aralarını təmizləyin. Çünki gecə boyu ağızda olan bakteriaylar çoxalır.

Ağız sağlığını qoruyan 10 məsləhət

6. Diş fırçasının seçiminə diqqət edin. Çünki diş fırçası seçimi diş fırçalamaq qədər vacibdir. Diş həkimləri düz, başlığı balaca və yumşaq diş fırçalarını məsləhət görürlər. Çünki bu diş fırçası ərpləri daha yaxşı təmizləyir. Diş fırçanızı tez-tez dəyişin.

Ağız sağlığını qoruyan 10 məsləhət

7. Hər 6 aydan bir mütləq diş həkimizə müraciət edin.

Ağız sağlığını qoruyan 10 məsləhət

8. Əgər dişləriniz qanayırsa, dişlərinizi fırçalamağa davam edin. Bu diş əti xəstəliyinin ilk etapı ola bilər. Düzgün ağız təmizliyi ilə bunun qarşısını almaq mümkündür. Əgər dişləriniz 2 həftədən çox qanasa, mütləq diş həkiminizə müraciət edin.

Ağız sağlığını qoruyan 10 məsləhət

9. Unutmayın, sadəcə diş sapı istifadə etməkvə diş fırçalamaq bütün diş təmizliyini yerinə yetirməz. Nə qədər fırçalasanız və iplə təmizləsəniz də, ağzın əl çatmayan yerlərində bakteriyalar qalır və yenidən ağız boşluğuna yayılır. Bunun üçün də ağız üçün duru mayelər var ki, hər dəfə onun ağza alıb, çalxalayıb geri qaytarırıq. Duru maye ağzımızda olan bakteriyaları təmizləyir.

Ağız sağlığını qoruyan 10 məsləhət

10. Gündə 5 dəqiqənizi ayırıb dişlərinizi və ağız boşluğunuzu təmizləsəniz, hələ uzun illər diş əti xəstəliklərindən və diş ağrılarından uzaq olacaqsınız.

10 dekabr 2014
GO BACK