Qadin.NET / Müəllimləri izləyən xəstəliklər

Müəllimləri izləyən xəstəliklər

Müəllimləri izləyən xəstəliklər
Sağlam olaraq düşündüyümüz müəllimlərin əslində nə qədər xəstəliklə mübarizə apardığını bilmək istəyirsinizsə, xəbəri diqqətlə oxuyun. Müəllimlərdə daha çox rast gəlinən və ən çox səs batması ilə müşahidə olunan xəstəliklərlə bağlı sualları Hisar Beynəlxalq Hospitalın qulaq-burun-boğaz xəstəlikləri üzrə həkimi, cərrah Cem Erdurak cavablayır. 
Xüsusilə sıx iş cədvəli olan müəllimlər tez-tez danışmaq məcburiyyətində qalırlar.  Müəllimlər arasında ən geniş yayılmış xəstəliklər: faringit, laringit, səs teli polipləri və kistaları, allergiya, reflyuks xəstəlikləri, müalicəsində gec qalınarsa, xronikləşən ciddi xəstəliklərlə qarşılaşırlar.  
Sıx iş cədvəlinə yetişmək üçün asan başa gələn qidaların qəbulu, qəhvə və siqaret istifadəsini də nəzərə alsaq, səs tellərində nəzərə çarpacaq dərəcədə xəstəliklər yaranır. Sürətlə yayıldığı üçün xroniki hal almağa başlayır. 
Müəllimləri izləyən xəstəliklər

Müəllimlərin bunlara diqqət etməsi vacibdir.
Xüsusilə dərs izah edərkən səsinizi otaqdakı sükuta əsasən uyğunlaşdırın. Dərs zamanı səsinizə cəldlik və həyəcan qatmamağa, daha asta tonda və yorulmadan danışmağa cəhd edin.  
Çox asta səslə danışmaq da səs tellərinə zərər verir. Səsinizi qorumaq üçün çox asta səslə (pıçıldamaq) də danışmayın. 
Gün ərzində müəyyən zaman çərçivəsində danışmamağa çalışın. Bu səs telləriniz üçün çox vacibdir. 
Danışarkən nəfəsinizi də ona uyğunlaşdırmağa diqqət edin.  
Lazımi qədər nəfəs almadan danışmaq boyun və səs tellərinə nəzarət edən əzələlərə əlavə yük verir və səs əksikliyi yaradır. Danışarkən bir nəfəsə bir neçə söz deməməyə çalışın.  
Danışarkən cümlələri bölmədən vacib sözlərdən sonra ara verməyə çalışın. Mühazirə oxuyarkən hər vergüldə nəfəsinizə diqqət etmək vacibdir.  
Müəllimləri izləyən xəstəliklər

Gözəl və təbii səs üçün düzgün tənəffüs sistemi də vacibdir. Dərs izah edərkən otaq tempraturunda su içməklə boğazınızı islatmaq da vacibdir. Bu, səs telləriniz üçün bir növ müdafiəçi rolunu oynayacaq. 
Dərsarası istirahət zamanı danışmamağa və cökə çayı (sevdiyiniz bitki çayı) içməyə çalışın.
Refluks xəstəliklərinə səbəb olan şokolad, ləbləbi və turş içkilərdən uzaq durun.   
Siqaret çəkirsinizsə, tərgitməyə səy göstərin. Uzun müddət davam edən səs tutulmanız olarsa, mütləq burun-boğaz həkiminə müraciət edin.  
9 dekabr 2014
GO BACK