Qadin.NET / Sağlam olmağın alternativ yolları

Sağlam olmağın alternativ yolları

Hamımıza bəlli olan düzgün qidalanma, gündəlik idman, konservantsız qidalar sağlamlığımızın təminatıdır. Bu dəfə sizə sağlam olmaq üçün 10 alternativ variant təqdim edirəm.

1. Dişlərinizi hər gün fırçalayın- Amerikanın Periodontologiya Akademiyasınız mütəxəssisi Qordon Duqlas iddia edir ki, damaq xəstəlikləri ürək-qan-damar sisteminə mənfi təsir göstərərək təhlükəli xəstəliklərə yol aça bilər. Dişlərinizi fırçalayarkən dodaq və dil təmizləyici vasitələrdən də istifadə etməyi unutmayın.

2. Tez-tez alış-veriş edin- Amerikanın Con Hopkins Universitetinin nevropatoloqu Merilin Albertin sözlərinə görə alış-veriş etmə qabiliyyəti olan insanların yaddaşı iti, beyin fəaliyyəti aktiv olur.

3. Tünd şokalad yeyin- Kaliforniyanın Devis Universitetinin qida üzrə mütəxəssisi Karl Kin bəyan edir ki, tünd shokaladın tərkibindəki antioksidant-flavonoidlər orqanizmin qocalma funksiyasını zəiflədir. Qeyd edim ki, flavonoid qara üzüm, qırmızı şərab və almanın tərkibində də vardır.

4. Ürəkdən gülün- Merilend Tibb Mərkəzinin kardioloqu Mayk Miller söyləyir ki, gün ərzində ən azı 1 dəfə ürəkdən gülmək qan damarlarını genişləndirir ki, bu da öz növbəsində ürəyin fəaliyyətini asanlaşdırır. Bunun üçün komediya janrlı filmləri seyr edin, gülməli kitab və ya lətifələr oxuyun.

 5. Aktiv cinsi münasibətdə olun- Psixoloq və seksopatoloq Barbara Bartlikin sözlərinə görə aktiv cinsi münasibətdə olan insanlar depressiyadan uzaq olurlar, bu insanların immuniteti güclü, orqanizmləri isə sağlam olur. Subaylar isə bunun əvəzində bal rəqsləri ilə məşğul olmalı və günəşin qürub edən vaxtı açıq havada gəzməlidirlər.

Sağlam olmağın alternativ yolları

6. Yoga ilə məşğul olun- Həkim Peysenş Uayt artritdən əziyyət çəkənlərə yoga ilə məşğul olmağı məsləhət görür. Bundan başqa yoga hərəkətləri bədənin müvazinətini artırır. Tennis və üzgüçülük də orqanizmi möhkəmlədir və bədənə elastiklik bəxş edir.

7. Yuxu rejiminə diqqət edin- Kanada Universitetinin mütəxəssisi Mir Kayger normal yaddaşa və güclü diqqətə sahib olmağın yolunu sutkalıq 7-9 saatlıq yuxu rejimində görür. Yuxusuzluq piylənməyə səbəb olur.

8. Çərəz yeyin- Kaliforniyanın Devis Universitetinin nümayəndəsi Pol Devis gündəlik qəbul edilən çərəzlərin qandakı mənfi xolesterinin səviyyəsini aşağı saldığını və ürək-qan-damar sisteminə müsbət təsir etdiyini söyləyir. Eyni zamanda çərəzlər bağırsaq xərçəngindən orqanizmi qoruyur. Çərəzlərin tərkibində faydalı E vitamini çoxluq təşkil edir.

9. Dua edin- Şimalı Koralina Universitetinin müəllimi Korald Keniq əmin edir ki, dua qan təzyiqini aşağı salır, stressin qarşısını alır. Gün ərzində 20 dəqiqənizi duaya həsr etsəniz sağlamlığınızın keşiyində durmuş olarsınız.

10. Hind mətbəxinin ədviyyatlarından istifadə edin- Təcrübələr göstərir ki, hind mətbəxinə aid ədviyyatlar, xüsusilə sarı rəngli ədviyyatlar xərçəng, Alzheimer və ürək xəstəliklərinə müsbət təsir edir.

 

 

12 mart 2011
GO BACK