Yay bitdi, payız artıq qapımızı döydü. İsti yay günlərindən sərin və yağışlı bir mövsümə keçdik. Bəs yaxşı, bədənimiz buna hazırdırmı? Tutula biləcək infeksiyalara qarşı daha möhkəm olmaq istəyirsiniz? Onda payızı sağlam keçirmək üçün xəbərimi oxuyun!
Təbii və təsirli bir antibiotik xüsusiyyətinə sahib olan sarımsaq qripdən tutmuş xərçəngə qədər bir çox xəstəliyə qarşı faydalıdır. Həm də mövsüm dəyişiklikləri zamanı bədənin azalan müdafiə mexanizmini gücləndirməkdə böyük rolu var. Ancaq sarımsağı çiy olaraq istifadə etmək lazımdır. Çünki bişirilmə, mikrodalğalı sobada və ya qurudulma yoluyla hazırlanan sarımsaq məhsullarında əsl faydalı maddə olan "alil sulfid" komponentləri azalır.
Dünyada son illərdə əhəmiyyət qazanan sağlam qidaların arasında ən birinci zeytun yağı gəlir. Döş, yumurtalıq, yoğun bağırsaq, qida borusu, mədə və ağciyər xərçənginə qarşı qoruyucu olduğuna istiqamətli bir çox təcrübələrdən keçirilmiş sübutlar var. Ürək və damarın dostu olan zeytun yağı eyni zamanda payızda azalan su qəbuluna qarşı bağırsaqları qorumaqda fayda təmin edir. Salatlarınıza və bişirdiyiniz yeməklərə sonradan əlavə edəcəyiniz saf zeytun yağı bədən müqavimətinizi də artırar.
Zəncəfili əskik etməyin, amma diqqət!
Qidalarınızın arasında zəncəfilə mütləq yer ayırın. Saysız faydasıyla "möcüzə" qida olaraq da adlandırılan zəncəfil ağciyərdən yoğun bağırsağa, qaraciyərdən lenfoma, ən təhlükəli dəri xərçəngi növü olan bədxassəli melanoma, döş, mədə, pankreas və yumurtalıq xərçənglərinə qarşı faydalıdır. İmmunitet sistemini də gücləndirir. Ancaq zəncəfil istifadə edərkən diqqətli olun. Ən çox görülən əlavə təsirləri mədə yanması və ekzemadır. Həddindən artıq miqdarda istifadə edilən zəncəfil, mərkəzi sinir sistemininə zərər verə bilər və ürəkdə ritim probleminə səbəb ola bilər. Laxtalanmanı azaldan dərmanlarla birlikdə də istifadə edilməməlidir, çünki qanamağa səbəb ola bilər.
Xüsusilə infeksiyaların qapımızı çalmağa başladığı və isti çaylara daha çox ehtyacımızın olduğu payızda yaşıl çay əhəmiyyətli bir şəfa mənbəyidir. Miqdarında istifadə edildiyi zaman əhəmiyyətli faydalar vəd edən yaşıl çay qaraciyər, prostat, ağciyər, pankreas və yoğun bağırsaq xərçənginə qarşı qoruyucu təsirə sahibdir. Yaşıl çaya bir dilim limon əlavə etsəniz, onun gözəl təsirini daha da gücləndirmiş olarsınız. Ancaq istifadə həddini keçməyin. Hər gün 3 fincan yaşıl çay kifayətdir.
Ürək-damar xəstəliklərindən qorumaqda çox əhəmiyyətli bir qida olan brokoli xərçəngə qarşı da ən əhəmiyyətli qoruyucu bitkilər arasındadır. Xolestrol salıcı təsiri ilə birlikdə B qrupu vitaminləri ehtiva etməsi infarkt, damar tıxanmaları və iflic kimi xəstəliklərdən qoruyucu təsir təmin edir. İmmunitet sistemini gücləndirir.