Qadin.NET / Qırmızı möcüzə olan narın faydaları

Qırmızı möcüzə olan narın faydaları

Qırmızı möcüzə olan narın faydaları
Qırmızı meyvələrdən biri olan nar nar qabığı, nar suyu, nar suyu turşusu və nar çəyirdəyi turşusu olmaq üzrə dörd hissəyə ayrılır. Gücün və bərəkətin simvolu olaraq bilinən narın əslində qidalanma üzərində də inanılmaz bir gücə sahib olduğunu bilirsinizmi?
Nar qabığı
Əvvəlcə qabığıyla başlasaq, görərik ki, əslində narın qabığı suyundan daha zəngin elementlərə sahibdir. Qüvvətli antioksidan təsiri göstərən nar qabığı xüsusilə xərçəngin inkişafını azaltmağa köməkçi olur. Döş, prostat, qida borusu, bağırsaq və dəri xərçənginə qarşı qoruyucu təsir göstərir. Qurudulan nar qabıqlarından dəmlənən çay ilə bu birləşmələri aradan qaldırmaq mümkündür. Bundan əlavə bu birləşmələr ürək damar sistemimizi canlı tutaraq yarana biləcək bir damar pozuqluğuna qarşı bizi qorumaqdadır. Həddindən artıq nar qabığı dəmləməsi təzyiq salıcı təsir göstərdiyi üçün istehlak miqdarına diqqət etmək lazımdır.
Qırmızı möcüzə olan narın faydaları
Nar suyu
Nar suyu isə antioksidan təsir göstərərək geri dönüşü olmayan xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Son zamanlarda heyvanlar üzərində nar suyu ilə əlaqədar müxtəlif təcrübələr aparılır. Xüsusilə oynaq xəstəliklərinə qarşı aparılan bu təcrübələrdə nar suyu istifadəsiylə oynaq xəstəliklərinə tutulma riskinin olduqca az olduğu sübut olunmuşdur. Nar suyu şiş əmələ gəlməsinə maneə törətməkdədir. Xüsusilə nar suyu istifadəsi prostat xərçənginə tutulmuş insanlarda xərçəng riskinin 85% inkişafını önlədiyi bildirilmişdir. Qıcqırdılmış nar suyununda "elajik" turşu miqdarının daha çox artdığı müşahidə edilmişdir. Xüsusilə diabet xəstələrində beta hüceyrələrini artıran nar suyunun qan şəkərini normallaşdırdığına dair sübütlar mövcuddur.
Qırmızı möcüzə olan narın faydaları
Nar suyu turşusu
Nar suyu turşusu narın sıxılaraq əldə edilən meyvə suyunun istilik tətbiq olunmadan qurudulması ilə əldə edilir. İmmunitet sistemini gücləndirərək təbii bir antioksidan qaynağıdır. C vitamini ilə olduqca zəngin olan nar üst tənəffüs yolu xəstəliklərinin müalicəsində də olduqca təsirlidir. Bundan əlavə bəd xassəli xolesterolu aşağı salan təsiri də var.
Qırmızı möcüzə olan narın faydaları
Nar çəyirdəyi turşusu
Nar çəyirdəyi turşusu nar suyu əldə edildikdən sonra qalan ağ sərt toxumların içərisindəki sabit yağ və sterol tərkibinin xüsusi texnikalar vasitəsilə alınmasıyla əldə edilir. Nar çəyirdəyi turşusu yağda həll olan birləşmələr baxımından zəngindir. Damar sağlamlığını qoruduğu üçün damarda meydana gələ biləcək tıxanıqlıqların meydana gəlməsinə mane olur. Təzyiq salıcı xüsusiyyətinin olmasını nəzərə alaraq çox istifadə miqdarına diqqət etmək lazımdır.
Narın yüksək miqdarda lif məzmununa görə yüksək təzyiqi salıcı təsiri var. Eyni zamanda bu lif bağırsaq sistemini işinə da təsir edir. Beləcə, qəbzliyi aradan qaldırmaqdadır. Bir orta boy nar ilə təxmini olaraq gündəlik C vitamini ehtiyacınızın və lif ehtiyacınızın təxminən 50 %-ni qarşılaya bilərsiniz. Gündəlik 1 orta boy nar yemək sağlamlığa faydalıdır. Nar suyu olaraq içmək istəyənlər gündə 1 su stəkanı nar suyu qəbul edə bilərlər. Bir su stəkanı nar suyu ilə 4 q nar qabığıyla hazırlanan nar çayı da gündəlik qəbul üçün kifayətdir. 
23 noyabr 2014
GO BACK