Gözəllikləri ilə hər qəlbin qapısını açan və möhtəşəm qoxuları ilə baş gicəlləndirən güllər əslində sağlamlığa da çox faydalıdır. Quru öskürəkdən qurtulmaq üçün əmənkömənci çiçəyi, əsəbləri sakitləşdirmək üçün lavavanda, şişmiş göz qapaqları üçün qızılgül ləçəklərindən istifadə edə bilərsiniz. Onların gücündən faydalanın!
Ürəyi gücləndirmək üçün yemişan
Yemişan ürəyi gücləndirir, yarpaq və çiçəkləri damarları genişləndirərək oksigen sürətini artırır. Ürəyi gücləndirmək üçün gündə üç dəfə yemişan çayı için. Çayı hazırlamaq üçün bir yemək qaşığı yemişan çiçəyinin üzərinə 250 millilitr qaynamış su tökün və 15 dəqiqə gözləyin. Daha sonra qarışığı süzün və bu çayı günün fərqli saatlarında üç dəfə için.
Quru öskürəyə qarşı təsirli bir güc əməköməci
Əməköməci orta əsrlərdə ən əhəmiyyətli tibbi bitkilərdən biriydi. Bu gün tibbdə artıq çox istifadə edilməyən bu bitki "müsilaj" adlı maddə ehtiva etdiyi üçün quru öskürəyə qarşı faydalıdır.
Öskürəyə qarşı çay: Axşam saatlarında iki çay qaşığı qurudulmuş əməköməci yarpağının üzərinə 250 millilitr soyuq su tökün. Tərkibindəki faydalı yağların itməməsi üçün qarışığın üzərini bağlayın və səkkiz saat dəmlənməsi üçün gözləyin. Səhər suyunu süzün və əməköməci çayınızı içmə istiliyinə gələnə qədər isidin. Kiçik qurtumlarla gündə 1 dəfə için.
Şişmiş göz qapaqlarına qızılgül dəstəyi
Çiçəklərin kraliçası əsrlərdir müalicə məqsədli istifadə edilir. Qızılgüldə olan eterik yağlar və "aş" (tanen) maddəsi şişkinliyə qarşı faydalıdır.
Ləçək kompresi və qızılgül suyu müalicəsi: Göz qapaqlarınız şişibsə, dərmanla işlənməmiş, təzə qızılgül ləçəklərini 10 dəqiqə müddətlə göz qapaqlarınızda saxlayın. Böcək sancmalarına qarşı bir neçə qızılgül ləçəyini ovun, alınan suyu böcəklərin sancdığı bölgəyə damcılatsanız, şişkinliyi aradan qaldırar.
Baş ağrısından xilas olmaq üçün cökə
Cökə çayının qızdırma saldığını onsuz da bilirsiniz. Bundan əlavə müəyyən qədər istifadə edildikdə orqanizmi isidir. Bu da ağrılara qarşı təsirli olur. Başınız ağrıyırsa, iki çay qaşığı qurudulmuş cökə çiçəyinin üzərinə 250 millilitr isti su tökün. 10 dəqiqə gözləyin, sonra süzün və hazırladığınız çayı için. Qrip başlanğıcında tərləmək üçün bu çaydan iki fincan istifadə edə bilərsiniz.
Ədviyyatlı qoxusunu içinə çəkdiyiniz zaman sizi cənub sahillərinə aparan lavanda ehtiva etdiyi eterik yağlar sayəsində sinir sistemini rahatlaşdırır.
Stresli günlərdən sonra: Bir yemək qaşığı lavanta çiçəyinin üzərinə bir litr qaynamış su tökün. Suyu 10 dəqiqə gözlədib süzün və soyumağa, bunu gündə 2-3 dəfə təkrarlaya bilərsiniz.
Ekzemaya qarşı bənövşə
Gözəllər gözəli bənövşə balkon və bağçaların ən gözəl bəzəklərindəndir. Amma faydası bununla bitmir. İltihabı dayandıran "salisil" turşu ehtiva etdiyi üçün eyni zamanda tibbdə də istifadə edilir.
Günəş və təmas allergiyasına qarşı bənövşə çayı: Gündə bir fincan bənövşə çayı için. Bənövşə çayı qızartıları aradan qaldırır və qaşıntı hissini azaldır. Necə hazırlanır? İki çay qaşığı bənövşə yarpağını 150 millilitr suda beş dəqiqə qaynadın və için.