Qadin.NET / Cinsiyyətinə görə afrodizyak

Cinsiyyətinə görə afrodizyak

 Cinsiyyətinə görə afrodizyak

Qadınlar üçün afrodizyak təsirli qidalar 
Şokolad: Ən böyük afrodizyak təsirə sahib olan qida növüdür. Tərkibindəki dopamin maddəsi beynin xoşbəxtlik hissəsini müsbət istiqamətdə işlədərkən eyni zamanda da eşq duyğusunu meydana gətirir. Anandamid maddəsi isə cinsi güc ilə əlaqəli olan beyin funksiyalarını canlandırır. Xüsusilə də tünd şokoladlar.
Xiyar: Aparılan araşdırmalara görə qadınlarda cinsi istəyi oyandıran ən təsirli qoxulardan biri də xiyar qoxusudur!
Darçın: Afrodizyak olaraq son dərəcə təsirli olan darçının qoxusu sinirləri rahatlaşdırır. Buna görə darçın qida olaraq istifadə edildiyi kimi masaj yağı olaraq da istifadə edilə bilər.
Cinsiyyətinə görə afrodizyak
Mixək: Təbii afrodizyakların ən təsirlilərindən biri olan mixəyi ədviyyat olaraq istifadə edə bilərsiniz və ya mixək çayı dəmləyib cinsi istəyi artırıcı təsiri olan adaçayıyla qarışdıra bilərsiniz. Necə? Bir litr suya beş qrama qədər adaçayı, iki-üç qrama qədər də mixək əlavə edin və qaynadın. Qaynadıqdan sonra süzün və yatmazdan təxminən bir saat əvvəl için.
Banan: Bananın tərkibində "bufotenin" deyilən bir alkaloit (üzvi maddə) var. Bu maddə özünə güvən hissini və cinsi istək arzusunu artırıcı xüsusiyyətə malikdir. Bundan əlavə bananın tərkibindəki maqnezium, kalium və B vitamini də var.
Cinsiyyətinə görə afrodizyak
Kişilər üçün afrodizyak təsirli qidalar
Balqabaq toxumu: Hollandiyalı elm adamları tərəfindən aparılan bir araşdırmaya görə fol turşusu və sink tərkibli qidalar sperma miqdarını böyük ölçüdə artırır. Balqabaq toxumu da sink baxımından çox zəngindir.
Krevetka: Əzələlərin sıxılması üçün lazımlı maqnezium və kalsium cinsi istəyi artırar. Tərkibindəki antioksidan və selenyumla bol sink orqanizmin sağlamlığını da təmin edər.
Kəklikotu: Xüsusilə kişilərdə xəbərdar edici təsiri olan kəklikotu qurudulmuş halda bir çox yeməklərdə istifadə oluna və ya kəklikotulu çay olaraq qəbul edilə bilər.
Cinsiyyətinə görə afrodizyak
Badam: Cinsi hormonların istehsalı üçün lazım olan yağ mənşəli maddələr badamın tərkibində bol miqdarda var. Spermaları çox dayanıqlı və güclü hala gətirən E vitamini də badamın tərkibində çoxluq təşkil edir.
Acı bibər: Acı yeməklərə yandırıcı xüsusiyyəti verən maddə "kapsaisin"-dir. Bu maddə beynin endorfin hormonun sürətini artırır. Bundan əlavə acı bibər sinir sistemini də hərəkətə keçirir. Bu da cinsi arzuda artım təmin edir.
19 noyabr 2014
GO BACK