6. Qidalarda və içkilərdə hədsizlik
Bu cür nevrozlu əlamətlər uşaqlıqdakı psixoloji şəraitdən qaynaqlana bilər. Yetkinlərin çoxu uşaqlıqlarında ana-ataları tərəfindən "daha çox" yeməyə və "daha çox" içməyə təşviq edilmişlər, hətta məcbur edilmişlər, çünki ata-anaları onları "sevir" və "böyüyüb sağlam olmaları"-nı istəyiblər. Valideynlərin inancları və düşüncələri uşağın şüur altında zamanla yer alır. Böyüdükləri zaman yetərincə yemədikləri və içmədikləri zaman özlərini günahkar hiss edirlər. Bu səbəbdən də şüursuz bir vərdişə sahib olaraq tez-tez yeməyə və içməyə meylli olurlar. Nəticə: Köklük.
7. Ürək xəstəlikləri, qalxanabənzər vəzinin yaxşı çalışmaması, mədəaltı vəzinin nizamsız işləməsi, böyrəküstü və boyunaltı vəzilərdəki pozğunluqlar
Bütün bu problemlər köklüyə səbəb ola bilir. Artıq çəkidən xilas olmağa başlamazdan əvvəl müalicə alınmalıdır.
8. Revmatizm, bronxit, astma
Bu narahatlıqlara səbəb olan ağrıları aradan qaldırmaq üçün istifadə edilən kortizon və aspirin və digər dərmanlar köklük yarada bilirlər. Həqiqətən də, artıq çəki bu dərmanların istifadəsində tez-tez rastlanan yan təsirlərindən biridir. Aspirin kimi dərmanlar öz xüsusiyyətlərinə görə turşudurlar və mədənin daha çox turşu ifrazına səbəb olur. Aclıq hissi mədədəki turşular bütün qidaları əritdikdə meydana çıxar. Turşu nisbəti nə qədər çoxdursa, insan o qədər çox acır. Acanda da bu ehtiyacını ödəmək üçün yeyər. Beləliklə, yemək məsələsi yavaş-yava bir vərdiş halını alar.
Qeyd: Bu narahatlıqların müalicəsində istifadə edilən kortizon və digər dərmanlar böyrəklərin və başqa orqanların düzgün işləməməsi səbəbindən onların ağır işləməsinə gətirib çıxara bilər. Belə olduqda orqanizmdə su toplanması meydana gəlir və artıq çəki prosesi yenidən başlamış olur.