Qəhvənin depressiyadan qoruduğunu bilirdinizmi? Depressiv halların sayı gündən-günə artmaqdadır. Ciddi iş rejimi, məktəb, hərəkətsizlik, kompüter qarşısında daha çox vaxt keçirmə, ciddi stress və yaxşı qidalanmamaq kimi faktorlar bizi dövrümüzün xəstəliyi olan depressiyaya məruz qoyur. Depressiyadan qorunmaq üçün həyat keyfiyyətini artırmaq, nizamlı olaraq idman etmək və diqqətli qidalanmaq olduqca vacibdir. Son illərdə aparılımış araşdırmalara görə, gündə təxminən 4 fincan qəhvə içən insanlar heç içməyənlərə nisbətən 15% daha az depressiyaya düşür. Tədqiqatçılar qəhvənin xoşbəxtlik vermə səbəbini içindəki antioksidantlarla əlaqələndirirlər. Dietoloq İpek Ağaca qəhvənin xoşbəxt hiss etdirmə təsirinin elmi olaraq da təsdiq edilməsini bildirərək qəhvənin depressiyaya qarşı təsirindən danışdı.
Bəzən ətri belə kifayət edir.
Qəhvənin ətri sakitləşdirici və rahatllıqverici xüsusiyyətə malikdir. Siçovullar üzərində aparılan təcrübələrin birində az yatdıqları üçün stresə girən siçovullar qəhvənin ətrini duyduqları zaman beyinlərində bu streslə əlaqəli olaraq yaranan zülalda da dəyişiklik əmələ gəlmişdir. Bəzən qəhvənin ətri belə insanları xoşbəxt etməyə kifayət edir.
Qəhvəni necə seçməli
Gündə təxminən 2-3 fincan qəhvə içərək qəhvənin bütün sağlam tərəflərindən faydalana bilərsiniz. Türk qəhvəsi, hazır toz qəhvələr, qısacası, hər növ qəhvədən istifadə edə bilərsiniz.
Çəki nəzarəti üçün qəhvəni şəkərsiz və siropsuz içməlisiniz. Qəhvənizə süd əlavə edərək içə bilərsiniz. Bu şəkildə hazırladığınız zülal keyfiyyəti yüksək, tox saxlayan və kalsiumla zəngin “ süd qatılmış qəhvə”-nizi ara paylarda içə bilərsiniz. Qəhvənin qan şəkərini tarazlama xüsusiyyəti olduğu üçün o, sağlam bir ara pay əvəzedicisidir.