Qrip payız fəslinin sonları qış və yaz aylarından başlayaraq "influensa"adlanan virusun nəfəs yolu ilə insan orqanizminə daxil olaraq yayılmağa başladığı infeksion xəstəlikdir.
Qrip xəstə insanlarla təmas zamanı, yəni viruslu əllərlə görüşülməsi,xəstənin asqırması və öskürməsi nəticəsində asanlıqla yayılır.
Xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün ilk növbədə yataq rejiminə əməl edərək dəstəkləyici vasitələrlə yaranmış narahatlığı azaltmaq və həkimin təyin etdiyi müalicə məsləhətlərinə əməl etmək lazımdır.
Ümumiyyətlə orqanizmi sağlam olan insanlarda qrip bir həftə ərzində sağalır.Ancaq bəzi insanlarda ,immuniteti zəif olanlarda ,ürək-ağciyər xəstələrində,diabet,xroniki xəstəliyi olanlarda və yaşlılarda bu xəstəlik sağlam insanlara nisbətən daha çox müddət sürə bilər.
Qripdən qorunmaq üçün təkmilləşdirilmiş və səhiyyədə geniş istifadə olunan qrip peyvəndləri mövcuddur.Qrip peyvəndlərinin əvəzinə dərmanlardan,qədim xalq təbabətindən istifadə etmək olar.