Qadin.NET / Qəhvəni sevmək üçün 5 səbəb

Qəhvəni sevmək üçün 5 səbəb

Qəhvəni sevmək üçün 5 səbəb

Qəhvə aludəsi  olan  biri kimi qəhvəsiz bir həyat düşünə bilmirəm. Dərs hazırlayarkən, oyaq qalarkən, başım ağrıdığında ilk əvvəl etdiyim tək şey  qəhvə hazırlamaq olur. Qəhvəmi alıb kitabı oxumağa başladığım zaman  elə bil  kitabdan daha çox dad alıram. Qəhvənin vərdiş halına keçməsi doğrudur, ancaq qəhvə içmək, istəmək bir az bizim kefimizə düşkün olduğumuzu göstərir. Mənim kimilər bir yana, hələ də qəhvə içməyən, çayı qəhvədən üstün tutanlar var. Həddən çox olmamaqla hər kəsin bir miqdar qəhvə içməsi şərtdir.  

Qəhvəni sevmək üçün 5 səbəb

Qəhvəni sevmək üçün səbəblər daha çoxdur.

Tənhalığı sevər

Tənha qaldığınız zamanlarda, əhvalınız pis olanda bir fincan isti qəhvə sizə çox gözəl bir yoldaş ola bilər. Xüsusilə payız və qış aylarında qəhvənizi  götürüb bir kənara çəkilməyi sınayın. Xoş bir musiqi və ya kitabı da yoldaşlığınıza qatın. Hələ bir də yağış yağırsa, hüzura yaxınlaşmısınız. 

Baş ağrısı

Əgər bəlli bir səviyyədə aludəçiliyiniz  varsa, başınız ağrıdığında bir fincan qəhvə bu ağrıların sakitləşməsinə kömək edəcəkdir. Ağrı kəsicilər ilə qarışdırıldığında 50% nisbətində daha təsirli olur.

Zehin açıqlığı

Qəhvə diqqəti cəmləmək üçün də olduqca təsirlidir. Bir çox insan dərs hazırlayarkən, işləyərkən, oyaq qalarkən qəhvənin gümrah saxlama xüsusiyyətindən faydalanır. Bu səbəbdən uşaqlara da süt ilə qarışdırıb verilməsində fayda vardır. 

Qəhvəni sevmək üçün 5 səbəb

Dəri və qaraciyər

Sellülitlərə yaxşı təsir etdiyi bilinən qaraciyər ağrılarınıda nisbətən azaldır.

Bəhanə

Sevdiyiniz insanlarla görüşmək, danışmaq üçün gözəl bir bəhanədir. Bir qəhvə içməyə dəvət edtiyiniz insan bəzən sizin həyatınızdakı ən dəyərli insan ola bilər və qəhvə bu  görüşmələr üçün ən ideal bəhanədir.

6 oktyabr 2014
GO BACK