*Az yeyin. Bütün uzunömürlülər az miqdarda qida ilə kifayətlənənlərdi.
*Hər gün az miqdarda da olsa meyvə, soyutma tərəvəz yeyin,bunlar açıq yaşıl və ya narıncı olarsa daha yaxşıdı.
*Yağ orqanizm üçün vacibdir,özü də ahıl yaşlarda. Günəbaxan və zeytun yağları özündə qiymətli maddələri daşıyır hansı ki, uzun ömürlü olmağın əsas şərtlərindən sayılır. Bunun üçün 1 günə cəmi 1 çay qaşığı qəbul etmək kifayət edər. O ki qaldı kərə yağına ondan tamamilə imtina etmək daha yaxşı olardı ,ya da çox az hallarda qidada istifadə etmək olar.
*Mümkün olduqca təbiətdə çox vaxt keçirin. Vacib deyil ki, siz yalnız gəzirsiz yoxsa ağaclarla əhatələnmiş parkda əyləşmişiz. Əsas odur ki, bu işi davamlı olaraq edəsiz.
*Tütündən və içkidən imtina edin. Alkoqollu içkilərdən yalnız qırmızı şərab olar, o da az miqdarda.
*Hər kiçik hadisəyə sevinməyə öyrəşin. Çalışın əhvalınız həmişə yüksək olsun. Hər xırda məsələ üçün kədərlənməyin.
*Daima beyniniz fəaliyyətdə olsun. Şer əzbərləyin,mahnı zümzümə edin,krossvord həll edin və s. Yaddaşınız lazımi məqamda sizi dəstəkləyəcək.
*Lazımi qədər yatın. Nə az nə də çox. Amma yalnız gecə.Gündüz yuxusunun heç bir xeyri yoxdur.
*Orqanizmə soyuq hava lazımdı. Otağınızı əməlli başlı havalandırın,mümkün qədər "donmağa"çalışın. Qoy orqanizminiz yadda saxlasın ki "daimi müdafiəyə etibar etmək olmaz,döyüşə hazır olmaq lazımdır".
**Tez -tez gülün! Gülüş ömrü uzadır!**