Qadin.NET / İnsan ayaqdan, at dırnaqdan xəstələnər

İnsan ayaqdan, at dırnaqdan xəstələnər

İnsan ayaqdan, at dırnaqdan xəstələnər
Soyuqlama və ya soyuqdəymə bir xəstəlikdir. Üst tənəffüs yollarında virusların yol açdığı bir infeksiyadır və burun axıntısı, asqırma, burun tutulması, boğaz ağrısı, yüngül hərarət, halsızlıq kimi əlamətləri var.
İnsan ayaqdan, at dırnaqdan xəstələnər.
Atalarımızın əsrlər əvvəl öz müşahidələrinə və təcrübələrinə əsaslanaraq söylədikləri sözlərin doğruluğu yeni-yeni sübut olunmağa başlayıb.Təsəvvür edin ki, neçə əsr əvvələ aid olan "İnsan ayaqdan, at dırnaqdan xəstələnər.'' sözü keçən ay Şotlandiyada aparılan bir araşdırma ilə doğrulanıb.
Bu araşdırmada sağlam 90 adamdan ayaqlarını 20 dəqiqə ərzində buzlu su olan bir ləyəndə, digər 90 adamdan isə ayaqlarını içərisi boş olan bir ləyəndə tutmaları xahiş olundu. Bir neçə gün sonra aparılan araşdırmada ayaqlarını boş ləyəndə tutanların yalnız 9 %-də, buzlu suda tutanların isə 29 %-də soyuqdəymənin inkişaf etdiyi müəyyən olundu.
Araşdırmanı aparan mütəxəssislər bu vəziyyəti belə açıqlayırlar. Burada əsas hadisə soyuqladığımız zaman, yəni soyuq havaya məruz qaldığımız zaman burunumuzdakı damarların büzüşməsi nəticəsində qan axınının azalması və tənəffüs yollarındakı titrək tükcüklü təmizləmə mexanizminin pozulmasıdır. Bu isə onsuz da burnumuzda olan, amma yuxu halında olan virusların çoxalmağa başlamalarına və xəstəlik əlamətlərinin ortaya çıxmasına səbəb olmaqdadır. Bunun üçün havaların gedərək soyumaqda olduğu bu günlərdə soyuqlamaq istəmirsinizsə, bədəninizi isti tutmağınız çox əhəmiyyətlidir. Əlinizi, ayağınızı, başınızı, burnunuzu və qulaqlarınızı soyuqdan qorumalısınız.
İnsan ayaqdan, at dırnaqdan xəstələnər
Ayağını isti tut başını sərin, könlünü fərah tut, düşünmə dərin!
Burada başını sərin tut sözü "başını soyuq saxla" mənasında deyil, çox düşünmə, heç bir şeyi dərd etmə mənasındadır. Atalarımız həm ayağını soyuqlatma, həm də çox fikirləşmə ki, sağlam olasan, xəstələnməyəsən demək istəyiblər. Yəqin ki, hər kəsə məlumdur ki, babalarımızın zamana görə sarıq, papaq taxmalarının səbəbi də həmişə başlarını soyuqdan qorumaq üçün olub.
Bu atalar sözünün də doğruluğu çox ciddi araşdırma ilə sübut edildi. Bu araşdırmalarda işsizlik və ya ər-arvad, gəlin-qayınana davaları kimi xroniki stresslərin soyuqlamaya tutulma riskini asanlaşdırdığı göstərildi. Xüsusilə bir aydan çox davam edən psixoloji stresslərin, bədənin infeksiyalarla mübarizəsində ən əhəmiyyətli silahı olan "sitokin" miqdarını azaldaraq immunitet sistemini zəiflətdiyi sübüt olunub. Əlbəttə ki, xroniki stresi olan kəslərin daha çox siqaret, spirt istifadə etdiyi və pəhrizlərinin sağlam olmadığını da hesaba qatmaqda fayda var.
Avstraliyada aparılan bir araşdırmada stress altında olan insanlarda sinirlərdən "nevropeptid Y" adı verilən bir maddənin ifraz olunduğunu və bunun da mikrob və viruslarla mübarizə aparan immunitet sistemi hüceyrələrini təzyiq altına aldığının müəyyən olunması da atalarımızın haqlı olduğunu bir dəfə daha göstərdi.
Prof.Dr.Ahmet Rasim Küçükusta
27 sentyabr 2014
GO BACK