Qadin.NET / Niyə tez-tez xəstələnirik?

Niyə tez-tez xəstələnirik?

 

Niyə tez-tez xəstələnirik?
Bəzi insanlar çox tez soyuqdan xəstələnərkən bəziləri demək olar ki, heç xəstələnmirlər. Biz həkimlər bu vəziyyəti "İmmunitetin qüvvətli və ya zəif" olmasıyla izah edirik, amma bunun nə olduğunu tam olaraq bilmirik.
Yeni bir araşdırma, tez-tez soyuqdəyməyə tutulmanın xromosomlarımızın ucunda yer alan  və genetik məlumatlarımızın zərərə uğramasına maneə törədən "telomerlərin uzunluğu" ilə əlaqədar ola biləcəyini göstərdi. Telomer, xromosomların uc qisimlərində olan və DNT zülallarından ibarət olan qoruyucu başlıqlardır. Bunlar, hüceyrənin hər bölünməsində qısalırlar.
Niyə tez-tez xəstələnirik?
Təcrübəliklərə virus verildi
 "Jama" adlı tibb jurnalında nəşr olunan araşdırmada yaşları 18-55 arasında dəyişən 152 sağlam adamın leykositlərindən telomer uzunluğu təyin olundu və bu insanlar burun yoluyla soyuqdəyməyə gətirib çıxaran rinoviruslara (39 tip) məruz buraxıldı.
Bu insanlar bir nəfərlik otaqlarda 5 gün müddətində karantin altına alındı ​​və xəstə olub olmadıqlarına baxıldı (Kimsə duymasın, bu araşdırmaya qatılmağı qəbul edənlərə 1000 dollar verilmişdi). Təcrübədə 105 -ində tənəffüs yolları infeksiyası inkişaf etdiyi, 33-ündə isə soyuqdəymə olduğu, klinik cədvəldə ortaya çıxdı.
Araşdırmada, telomerləri ən qısa olanların yüzdə 77-sinin virusla yoluxmuş olduqları, yüzdə 26-sının da aşkar xəstəlik əlamətləri göstərdikləri təsbit edildi. Bu nisbətlər telomerləri uzun olanlarda sırasıyla yüzdə 50 % və yüzdə 13 % olaraq tapıldı. Soyuqdəymə və telomer arasındakı əlaqə CD8CD28T- adı verilən hüceyrələrdə daha aydın göründü.
Araşdırmadan çıxan bir başqa diqqət çəkici nəticə də, telomer uzunluğu infeksiya əlaqəsinin 18-21 yaşlar arasında olmadığı, bunun 22 yaşından sonra ortaya çıxmasıydı.
Niyə tez-tez xəstələnirik?
Telomerləri uzun olanlar uzun və sağlam yaşayır
Daha əvvəl, insanlar yaşlandıqca telomerlərin qısaldığı təyin olunmuşdu və telomer uzunluğu yaşlanmanın bioloji bir möcüzəsi olaraq görülürdü. İrsi olaraq uzun telomerə sahib olan insanların daha uzun yaşadıqları, qısa olanların isə yaşlanmaqla əlaqədar demans, ürək xəstəlikləri və xərçəngə daha çox tutulduqları bilinir. Telomer uzunluğunun stress, siqaret, radiasiya ilə də əlaqəsi var. 
Gələk nəticəyə:
 Çox az sayda insan üzərində aparılan bu araşdırmadan qəti nəticələr çıxarmaq və ümumiləşdirmə etmək, əlbəttə, doğru deyil amma çıxan nəticələr üzərində düşünməyə və müzakirəyə dəyər. Allahdan uşağınızın boyunun deyil telomerlərinin uzun olması üçün dua etmənizdə fayda var.
Müəllif: Prof. Dr. Ahmet Rasim Küçükusta.
25 sentyabr 2014
GO BACK