Peyvənd bir və ya bir neçə dəfə edildiyində insanları o mikrobun yaratdığı xəstəliyə qarşı illərlə hətta ömür boyu qoruyan bir tətbiqdir.
Su çiçəyi, uşaq iflici peyvəndlər sayəsində məhv olunmuş, hətta az qala ortadan qalxma mərhələsinə gəlmişdir. Qızılca irəli dərəcədə nəzarət altına alınmışdır, amma təəssüf ki, bu vəziyyət qrip peyvəndi üçün etibarlı deyil.
Bunun səbəbi isə 60 ildən çoxdur ki, tətbiq olunan qrip peyvəndlərinin "ticarət peyvəndləri" olması və kimsənin də bu vəziyyətə səs çıxartmamasıdır.
İnsanlara bir və ya bir neçə dəfə tətbiq olunduğunda onları artıq həyatları boyunca bütün qrip viruslarına qarşı qoruyacaq bir peyvənd yaratmaq mümkündür, amma yüz milyonlarla insanı hər il peyvənd etmək, bunlara hər il milyardlarla manatlıq dərman satmaq kimi "karlı bir iş" varkən onu itirmək istəməyənlər var.
Hər il təkrarlanan peyvənd olmaz!
Dünyanın ən məhşur elmi qurumlarının tövsiyələrinə görə qrip peyvəndlərinin 6 aydan başlanaraq hər il təkrarlanması lazımdır.
Buna görə də bir insanın həyatı boyunca orta hesabla 70-80 dəfə peyvənd olması zəruridir.
Üstəlik hər il tətbiq edilməsinə baxmayaraq peyvəndin qoruyucu olub-olmayacağı da müəyyən deyil, çünki peyvənd qüvvətli bir immunitet təmin etmədiyi kimi ortaya çıxan immunitetin müddəti də çox qısadır.
Peyvəndlər əvvəlki ilin viruslarından hazırlandığı üçün xəstəlik törədən virusun peyvənddən olan viruslardan biriylə "eyni" olması da şərtdir; əks halda peyvənd heç bir fayda verməz.
Bir də donuz qripi epidemiyasında da ortaya çıxdığı kimi qrip peyvəndi olanları bir "pandemiya" yəni dünya səviyyəsində epidemiya çıxdığı zaman daha çox ağır və ölümcül qrip xəstəliyi gözlədiyi də unudulmamalıdır (Kanada fenomeni).
Əslində çox sözə ehtiyac yoxdur; 60 ildən çoxdur ki, tətbiq olunan, hər il təkrarlanması zəruri olan qrip peyvəndlərinin həm fəaliyyətlərinin, həm də təhlükəsizliyinin hələ də müzakirə edilməsi bu peyvəndlərin "işə yaramadığının" açıq göstəricisidir.
Keçən il nəşr olunan məşhur "CIDRAP araşdırması" qrip peyvəndi ilə əlaqədar bütün həqiqətləri göz önünə gətirdi.
CDC qrip peyvəndlərinin gənc və sağlam insanlardakı qoruyuculuğunu illərlə 70-90% olaraq bildirərkən, bunu bir gecədə 50-70 %-ə endirdi; üstəlik bunlar qrip peyvəndi olmaları lazım olanlar idi.
Əsasən qripdən qorunması lazım olan yaşlı və ağır bir xəstəliyi olanlarda isə peyvəndin fəaliyyəti bunun çox altındadır və hətta bəlkə də heç yoxdur.
Qrip peyvəndlərinin işə yaraması üçün fəaliyyətlərinin 90%-in olmaması lazım olduğunu xatırlatmaq istəyirəm.
Bu ilin əvvəlində də Avropa CDC-si qrip peyvəndlərinin 3-4 ay sonrakı müdafiəsinin"sıfır"; Amerika CDC-sində H3N2 peyvəndinin 65 yaşdan yuxarı qoruyuculuğunun 9 faiz olduğu açıqlandığı zaman qrip peyvəndlərinin heç bir işə yaramadığı aydın oldu.
Yeni qrip peyvəndləri də faydasızdır!
Sənayedə içində üç virus olan peyvəndlər yerinə sanki mərifətmiş kimi içində dörd virus olan və antigen miqdarı əvvəlkilərdən dörd misli çox olan qrip peyvəndləri çıxarmağa başlanıldı.
Bu da göz boyamaqdan, insanları aldatmaqdan başqa bir şey deyil, çünki yerüstü antigenlərdən hazırlanan peyvəndlərdə 4 yerinə 40 virus, 4 misli yerinə 40 misli antigen olsa belə, qripdən müdafiə edə bilməz.
Edilməsi lazım olan isə, antigen strukturları dəyişsə belə bütün qrip viruslarına qarşı təsirli və ən azından illərlə müdafiə təmin edən bir peyvənd çıxarmaqdır.
Bu mümkündür, ancaq işlər "ağır, axsaq" gedir, çünki sənaye bu işə nəinki mənfi tərəfdən baxır, hətta gizlidən maneə törətməyə belə çalışırlar.
Gələk nəticəyə!
Heç kimə "qrip peyvəndi olun və ya olmayın demirəm". Mənim işim gizlədilən tibb ticarətinin işinə yaramayan elmi həqiqətləri xalqa izah etməkdir. Yazılarımı oxuyanlar qrip peyvəndi olub-olmamağa özləri qərar verə bilərlər. Hər il təkrarlanması lazım olan tətbiqə "qrip peyvəndi yerinə qrip iynəsi" deyilməsi daha doğrudur.
Mən bu günə qədər bir "istehlakçı" olaraq "bir dəfə belə qrip iynəsi vurdurmamışam".
Prof.Dr.Ahmet Rasim Küçükusta