Hər gün etmək məcburiyyətində olduğunuz və ya etməkdən zövq aldığınız vərdişlər siz hiss etmədən sağlamlığınıza mənfi təsir göstərir. Gəlin, onlardan bir neçəsi ilə tanış olaq.
Oturaraq işləmək
Gündə 6 saatdan çox oturursunuzsa, ürək xəstəliyi riski 64 faiz qalxır.
Kompyuterdən istifadə etmək
Kompyuterdən istifadə etmək sağlamlığa zərər verir. Ekranın parlaqlığı və şüa göz yorğunluğu və baş ağrısına səbəb olur. Kompyuter şüası bundan əlavə bədəndə əsəb sisteminə mənfi təsir edən toksinlərin yaranmağına da səbəb olur.
Hər gün yuyunmaq
Hər gün isti su ilə yuyunmaq və dərinizi ovuşdurmaq dərinizin nəmini itirməsinə gətirib çıxarar. Bu da dərinizi daha sürətli bir şəkildə yaşlandırar.
Corabla yatmaq
Yatağa corabla girmək sadəcə dəri hüceyrələrinə deyil beyin hüceyrələrinə də mənfi təsir edər və bədəndəki qan dövranının sürətini zəiflədər.
Saç qurutmaq
Saçları həmişə fenlə qurutmaq saçın sağlamlığını zərər verər. Süni yaradılmış isti hava saçın dərisini qurudar və kəpəyin yaranmasına səbəb olar.
Qələm dişləmək
Siz bu hərəkəti stressdən edə bilərsiniz, amma bilin ki, bu vərdişiniz heç də etibarlı deyil. Qələm dişləmək dişlərinizə zərər verər və hətta həssas dişlərin qırılmağına da səbəb ola bilər.
Günəş kremindən istifadə etməmək
Çölə çıxarkən Günəş kremindən istifadə etməsəniz, dərinizə zərər vermiş olarsınız. Günəş kremi dərinizi sadəcə Günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaqla qalmaz, onun gənc görünməsinə də kömək edər.
Limon yemək
Limon yemək yanlış bir şey deyil. Ancaq limonda olan turşu sağlam bir ağız üçün təməl xüsusiyyəti daşıyan diş minasını zədələyə bilər. Ona görə də limonu qədərin də yemək lazımdır. Hər şeyin artığı zərərdir.