Qadin.NET / Öd kisəsi əməliyyatından sonrakı həyat

Öd kisəsi əməliyyatından sonrakı həyat

 

Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir.Təəssüf ki,öddaşı xəstəliyinin sonu çox vaxt bu cür başa çatır.Belə əməliyyat keçirmiş xəstələrin  əməliyyatdan sonra necə qidalanacaqları barədə suallar çox olur.

Sağlam orqanizimdə öd qaraciyərdən öd kisəsinə axır,burda yığılaraq müəyyən konsentrasiyaya çatır.Öd kisəsi çıxarılandan sonra öd qaraciyərdən qaraciyər və ümumi öd axarları ilə birbaşa on iki barmaq bağırsağa daxil olur,onun qatılığı daha azdır və yalnız az miqdarda qida üçün həzm şirəsi rolunu  oynaya bilir.Əgər xəstə düzgün qidalanma rejiminə riayət etməsə,öd qaraciyərdə yığılır.Bu zaman qaraciyərin daxili axarlarında iltihab prosesi və hətta orada daşın yaranma təhlükəsi baş  verir.Məhz buna gorə əməliyyatdan sonra xəstəyə az-az,həm də tez-tez yemək tövsiyə edilir.Çünki hər qida qəbulu-ödün onikibarmaq bağırsağa daha fəal axmasına bir növ təkandır.Əməliyyatdan sonrakı ilk 3-4 ayda orqanizm yeni həzm qaydalarına yavaş-yavaş öyrəşir.Artıq xəstəxanada müalicəvi qidalanma təyin edilir.

Əməliyyatdan sonrakı ilk saatlarda-aclıq,10-12 saatdan sonra-az miqdarda duru yemək (yağsız bulyon,şorba,kisel), 3-4 gündən sonra-suda  bişib sürtgəcdən keçirilmiş tərəvəz,ət və balıq püresi,durulaşdırılmış sıyıqlar.Təxminən 2-3 həftə ərzində xəstənin həm qida rasionu genişlənir,həm də normaya salınır.Bununla belə,xəstə ən azı 2-3 ay ərzində sulu yeməklərə,qidalara üstünlük verməlidir.Öd kisəsi əməliyyatından sonra şorba,kompot,kisel daxil olmaqla gün ərzində 1,5-2 litrdən çox maye qəbul etmək olmaz.Ödqovucu təsir gostərən içkilər:-itburnu,zirinc (barbaris) dəmləmələri,meyvə və tərəvəz,xüsusən də pomidor şirəsi,almadan,qara gavalıdan,qaysı qurusundan kompot içmək xeyirlidir.

N-4,20 Yessentuki,Slovyanskaya,smirnovskaya və digər mineral suları ödün durulaşmasına kömək edir və onun qatılaşmasının qarşısını alır.Adətən mineral suyu gündə 3-4 dəfə,yeməkdən 30-40 dəqiqə əvvəl,ilıq halda yarım stəkan təyin edilməlidir.Suyu aramla,xırda qurtumlarla içmək lazımdır.Bir qayda olaraq,mineral su kursla içilir.Bir aydan sonra 2-3 ay fasilə verilir və yenidən 1 ay içilir. 

26 fevral 2011
GO BACK