Qadin.NET / Yaşıl möcüzə-Xlorofil

Yaşıl möcüzə-Xlorofil

Yaşıl möcüzə-Xlorofil

İnsan saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi kiçik olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik zamandır. Məhz yarpaqlardakı xlorofil molekulları bu qısa müddət ərzində hərəkətə keçir və möhtəşəm işlər görür.

Bir millimetrlik sahə düşünək. Bu sahə bir qələmin ucu qədər kiçik yeri tutur. İndi bu kiçik yerə 500 min xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiayaya sahib olsun. Bundan başqa, 500 min cihazı xüsusi sistemlə qoruyaq.

Bəlkə bu ssenari oxunduğu zaman imkansız görünə bilər. Ancaq Allahın yaratması qüsursuz və möcüzəvidir. Yuxarıda bəhs etdiyimiz misal həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir millimetrlik sahədə 500 min xlorofil mövcuddur. Çox qarışıq dizayna sahib  olan “xlorofil molekulları” insan həyatı üçün çox vacib funksiyanı yerinə yetirir.

Belə hesab edək ki, sizdən xüsusi cihaz hazırlamaq tələb olunur. Hazırlayacağınız cihazın funksiyası su molekullarını parçalamaqdır. Məlumdur ki, su 2 hidrogen və 1 oksigen molekulundan ibarətdir. Hazırlayacağınız cihaz da hidrogen molekulunu oksigendən ayırmalıdır.

Yaşıl möcüzə-Xlorofil

Sudakı hidrogen və oksigen atomlarının bir-birindən ayrılması üçün çox böyük partlayış olmalı və ya su molekulları minlərlə dərəcədə qızdırılmalıdır. Suyun 100 dərəcədə qaynadığını düşünsək, ehtiyacımız olan enerjinin miqdarı bizə daha yaxşı aydın olar. Sizdən isə elə bir alət hazırlamaq tələb olunur ki, nə partlayışa, nə də minlərlə dərəcəlik temperatura ehtiyacı olsun. Yeganə enerji qaynağı isə gün işığı olsun. Sizdən tələb olunan və hazırlayacağınız cihazın çox çətin vəzifəsi də vardır. Havadakı karbondioksidi əldə etdiyi hidrogenlə birləşdirmək.

Elm dünyası xlorofilin funksiyalarını müəyyən etməyə çalışır.

Bu əməliyyatı həyata keçirən cihaz hazırlasanız, elm tarixinə adınızı qızıl hərflərlə yazdıra bilərsiniz. Çünki elm dünyası hələ də yuxarıda bəhs etdiyimiz əməliyyatı bitkilərin necə etdiyini tapmağa və anlamağa çalışır. Məhz “xlorofil” adlanan molekul bu fəaliyyəti reallaşdıran yeganə cihazdır. Xlorofilin dizaynı araşdırıldığı zaman Allahın hər şeyi incəliyinə qədər hesablaması və sonsuz ağılla yaratması daha aydın görünür.

55 karbon, 72 hidrogen, 5 oksigen, 4 azot və 1 maqnezium atomunun xüsusi sıra və dizaynla birləşməsi nəticəsində xlorofil molekulu yaranmışdır. Bu molekulun fəaliyyət göstərməsi üçün hər atomun yerli-yerində olması vacibdir.

Xlorofilin fəaliyyətini tam şəkildə qavramaq insan ağlının hüdudları xaricindədir. Çünki insan zamana bağlı canlıdır və müəyyən zaman intervalını qavrayır. İnsan 1 saniyə ilə 10 saniyə arasındakı fərqi dərk edə bilir. O, saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik müddətdir. Xlorofil cihazı məhz bu qısa müddət ərzində hərəkətə keçir.

Yaşıl möcüzə-Xlorofil

Saniyənin milyonda birində baş verən ağlasığmaz reaksiyalar

Məlumdur ki, işıq fotonlardan ibarətdir. Yaşıl yarpaqların içindəki suya toxunan işıq xlorofil cihazına yüklənir. Bu yüklənmə xlorofildəki subatom zərrəcikləri hərəkətə gətirir və orbitlərini dəyişdirir. Bu fəaliyyət saniyənin 10 milyonda biri kimi qısa müddət ərzində reallaşır və subatom zərrəcikləri su molekulundakı hidrogeni oksigendən ayırırlar. Bu fəaliyyət o qədər sürətlə baş verir ki, elm adamları subatom zərrəciklərin hidrogen və oksigeni bir-birindən necə ayırdığını hələ də anlaya bilmirlər.

Ayrılan hidrogenlər ferment və ya katalist adlanan daha böyük, spiral formalı zülal molekulları tərəfindən tutulur. Bu fermentlər onları tutmaq üçün xüsusi formaya  malikdirlər. Bunlar hidrogeni içəri qəbul olunan karbondioksidlə elə birləşdirirlər ki, hər iki molekul çox yüksək sürətlə fırlanaraq kimyəvi şəkildə bir-birlərinə qarışır. Bu qəliz fəaliyyəti elm adamları hələ də açıqlaya bilmirlər. Çünki bu sistemi təcrid edərək araşdıran imkanlara sahib deyillər. Onlar sadəcə olaraq ortaya çıxan vəziyyəti qiymətləndirərək faliyyət əsnasında nələr baş verdiyini izah edə bilirlər.

Bir xlorofil molekulunun içində onun necə işlədiyini insanın hələ anlamadığı sistem vardır. Üstəlik bu sistem saniyənin 10 milyonda biri kimi qısa müddət ərzində reallaşır. İnsan sahib olduğu bütün texnologiyaya, laboratoriyalara baxmayaraq xlorofil molekulunun bacardığı işi bacarmır. Şübhəsiz, xlorofilin sahib olduğu dizayn və gördüyü iş Allahın nümunəsiz, bənzərsiz yaratmasının və sonsuz elminin dəlillərindən biridir.

Bir qələmin ucu bir millimetrlik yeri tutur. Bir yarpağın üzərində qələmin ucu böyüklüyündəki sahəyə 500 min xüsusi cihaz, yəni xlorofil yerləşdirilmişdir.

Kazımov İzhar

29 avqust 2014
GO BACK