Qadin.NET / Katsudzo Nişinin 6 qaydası - 4 (Son)

Katsudzo Nişinin 6 qaydası - 4 (Son)

Altıncı qayda: kürək və qarın üçün təmrin

Dizlərinizi döşəməyə dayayıb pəncələrinizin üstündə oturun. Fəqərə sütununu düzəldib şux görkəm alın. Bədənin bütün ağırlığını baldırların üstünə salın. Heç yana əyilməyin. Qulaqlarınız çiyinlər üzərində asılıb, diliniz üst damağa söykənib, dodaqlarınız kip qapanıb, gözləriniz gen açılıb, tənəffüs rəvan və sakitdir. Bu vəziyyəti aldıqdan sonra dərindən nəfəs alın və təmrinin hazırlıq hissəsinə başlayın. 1. Çiyinlərinizi 10 dəfə mümkün qədər çox yuxarı qaldırıb, aşağı salın. Bunun ardınca 2 hissədən ibarət olan hərəkətləri (onlara şərti olaraq nəqarət adı vermişik) həyata keçirin: a) əllərinizi qabağa uzadın, kəskin hərəkətlə çönüb sol çiyin üstdən geriyə, büzdümünüzə baxın, xəyalən fəqərələrinizi aşağıdan yuxarı, boyunadək seyr edin (və yaxud aramla 10-dək sayın). Başınızı əvvəlki vəziyyətə gətirib, eyni hərəkəti sağ çiyin üzərindən təkrar edin. Hər çiyin üzərindən bir dəfə etmək lazımdır. b) əllərinizi dik qaldırın, bədəni yuxarı dartıb, qəddinizi düzəldin, bayaqkı qaydada hər iki çiyin üzərindən büzdümünüzə baxın və fəqərə sütununu aşağıdan yuxarı seyr edin (və yaxud aramla 10-dək sayın). "Nəqərat"-ı bu qaydadakı hər əsas hərəkətdən sonra təkrar edin.

2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib düzəldin.

3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib düzəldin.

4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çevirin.

5. Başı 10 dəfə sağa əyib, qulağı çiyinə toxundurmağa çalışın. Boynunuzu mümkün qədər çox uzadaraq, başı geriyə fırladın, fəqərə sütununa çatdırmağa çalışın. Bunu edərkən yoxlayın: başınız son həddə qədər əyilibmi? Eyni hərəkəti 10 dəfə sola edin.

6. Qollarınızı çiyin bərabərində açın. Əllərinizi baş üstə dik qaldırın. Dirsəkləri çiyin önündə bükün, yumruqları düyün-ləyin, başınızı son həddədək geri atın, çənəni tavana tuşlayın. Bunu edərkən 7-yə qədər sayın və dirsəklərinizi kürəyə tərəf dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə.

Hazırlıq mərhələsi başa çatdı. İndi əsas təmrinə keçmək olar. Qollarınızı bir qədər boşaldın. Bədəninizi düzəldin. Başı əymədən gövdəni sağa-sola yellədin. Bu an qarını irəli-geri verin: qarınla nəfəs alın. Vaxt 10 dəqiqə. Bu hərəkəti edərkən deyin: "Mən sağlamam! Əhvalım yaxşıdır! Sabah bundan da yaxşı olacaq! Hər bir hüceyrəm təzələnir! Qanım təzələnir, qanım saflaşır. Daxili sekresiya vəzilərim əntiqə işləyir! Əzələlərim, damarlarım, dərim sağlam, möhkəm və elastik olur. Bütün orqan və sistemlər beynimə tabedir. Beynim əntiqə işləyir. Beynim bütün orqan və sistemləri çox gözəl idarə edir. Mən daha sağlam, daha müdrik, daha rəhmdil, daha xeyirxah oluram. Mən istedadlıyam, böyük yaradıcılıq işləri üçün qadir oluram. Əhvalım yaxşıdır! Sabah bundan da yaxşı olacaq!”.

Bu mətnə istədiyiniz hər hansı bir əlavəni edə bilərsiniz. Yuxarıda dedim ki, mən hər səhər və hər axşam bizi yaradan Allaha dua və şükr edirəm, ondan dilək diləyirəm. Bunu hər biriniz edə bilərsiniz. İnam hər bir işdə qüdrətli silahdır, amma müalicədə onun sadəcə əvəzi yoxdur. Allaha inanan Onun qüdrətinə qüdrətinə inanır, təbiətə inanan özünə inanır. Özünə inanan hər bir xəstəliyə qalib gələ bilir.

Katsudzo Nişinin 6 qaydası - 4 (Son)

Altıncı Qayda hər şeydən əvvəl, turşu-qələvi tarazlığını bərpa edir. Təmrin, əsasən, fəqərə sütunu ilə edilərkən orqanizmdəki mayenin təzyiqi azalır. Bunun qarşısını almaq üçün Nişi eyni vaxtda qarın vasitəsilə nəfəs almağı tətbiq edib-yırğalanarkən qarını dombaldıb çəkmək lazım gəlir. Əsəb sistemini qaydaya salan, tənzimləyən, koordinasiya edən altıncı qayda bizə böyük xidmət göstərir. Onun əhəmiyyətindən danışarkən bir incə mətləbi açmaq lazım gəlir.

Əsəb sistemini iki yerə bölürlər: heyvani əsəblər və bitki əsəblər. Heyvani əsəblər üzdə, bitki yaxud vegetativ əsəblər isə daxildə yerləşir. Heyvani əsəblər əllərin, üzün, ayaqların, boynun, döşün, qarın boşluğunun əzələlərində yayılmış olur. Bitki əsəbləri isə daxili orqanlarda, damarlarda, vəzilərdə yerləşir.

Biz lazım gələndə əlimizi uzadıb üzümüzü, boynumuzu qaşıya, əsəblərimizi sakitləşdirə bilirik. Lakin daxili orqanları, damarları, vəziləri qaşımağa imkanımız yoxdur. Burada altıncı qayda dadımıza çatır. Eyni vaxtda həm fəqərə sütununun, həm də qarnın hərəkət etməsi simpatik (daxili) və parasimpatik (üzdə olan) əsəblərin qarşılıqlı surətdə razılaşdırılmış əlaqəsini təmin edir. Onlar öz funksiyaların-hormonik funksiyalarını, diplomatların dili ilə desək, qarşılıqlı anlaşma şəraitində yerinə yetirirlər. Buradan aydın olur ki, Nişinin sağlamlıq sistemi öz qarşısında fiziki sağlamlıqla yanaşı, həm də mənəviyyata təsir etmək, insanın hormonik, istedadlı, yüksək əxlaqi keyfiyyətlərə malik bir şəxsiyyət kimi formalaşmasına kömək etmək vəzifəsi də qoyub. İnsan sağalacağına, xəstəliyə qalib gələcəyinə ürəkdən inanır, daha cəsarətli, daha rəhmdil, daha xeyirxah, gülərüz, zarafatcıl olur.

Öz təcrübəmdən deyə bilərəm: Nişi sistemi ilə yaşayan sağlam həyat tərzi keçirən adam çox qısa vaxtda pis vərdişlərdən asanlıqla ayrılır, mənən güclü olur, öz gücünə inamı qat-qat artır, onun üzü həmişə gülür. Nişi tam əmindir: sağlam əsəb sistemi hər cür tufana, qasırğaya, həyatın hər cür eybəcərliyinə qalib gəlməyə qadirdir. Sağlamlaşma və saflaşma barədə sözləri ürəyinizdə pıçıldayarkən, hökmən inanın: sabah bu gündən sağlam, gümrah, ağıllı, iradəli, istedadlı və xeyirxah olacaqsınız. Ona görə inanın ki, bunların hamısı baş verəcək.

Xərçəng xəstəliyindən Nişi sisteminin köməyi ilə yaxa qurtaran adamların həyatı buna canlı sübutdur. Hər şey sizin iradənizdən asılıdır. Sizi üzüb əldən salan, ailə üzvlərini, qohum-qardaşı məyus edən hər hansı bir xəstəliyə əvvəlcə Allahın, sonra isə Nişi sisteminin köməyi ilə qalib gələ bilərsiniz!

Bir vacib məsələni yenidən vurğulamaq istəyirəm: Nişi öz sistemini təkcə dərd-bəladan xilas olmağa çalışan xəstələr üçün yaratmayıb. Bu sistem həm də, bəlkə də daha çox xəstələnmək istəməyən sağlamlar üçündür. Bu sistem xəstəliyin nə olduğunu, onun verdiyi əzabların ağırlığını, gətirdiyi bədbəxtliklərin miqyasını hələ xəyalına gətirməyən uşaqlar, yeniyetmələr və gənclər üçün daha çox vacibdir. Öz körpəsini bu sistemin tələbləri əsasında tərbiyə edən ana övladına möhkəm cansağlığı və xoşbəxtlik bəxş etmiş olur. Heç şübhəsiz, real həqiqət budur ki, Nişi sisteminə daha çox xəstələr üz tutacaqlar.

Ərşad Əzimzadə

22 avqust 2014
GO BACK