Qadin.NET / Katsudzo Nişinin 6 qaydası - 3

Katsudzo Nişinin 6 qaydası - 3

Dördüncü qayda: kapilyarların qidalanması

Arxası üstə döşəməyə uzanın. Boynunuzun altına bərk yastıq qoyun. Əllərinizi və pəncələrinizi bir-birinə yapışdırıb ikisini də paralel şəkildə göyə qaldırın. Pəncəniz tavana paralel olmalıdır. Bu vəziyyətdə əllərinizi və ayaqlarınızı əsdirin (vibrasiya edin).

Vaxt: 1-3 dəqiqə. Yaxud 120-360-dək sayın.

Bu təmrinin hikməti nədədir? Yada salaq: klassik tibb elmindən fərqli olaraq professor Nişi belə hesab edir ki, qanı hərəkətə gətirən və dövr etdirən qüvvə ürəkdə deyil, kapilyarlardadır. Ona görə də Nişi məsləhət görürdü ki, yaralanmış əlinizi başınızın üstündə mümkün qədər yuxarı qaldırıb, əsdirin. Əliniz yuxarı qalxanda venadakı qan aşağı cumacaq və tədricən əmələ gələn boşluq (vakuum) qanın sürətlə dövr etməsinə səbəb olacaq, bu da öz növbəsində, irinləmənin qarşısını alacaq və yara dərhal sağalacaq. Dördüncü qayda məhz bu prinsipə əsaslanır. Nişi onu kapilyarların müalicəsi adlandırmışdır.

Katsudzo Nişinin 6 qaydası - 3

Nişi ilə bir dövrdə yaşayan, bütün dünyada tanınmış istedadlı rus həkimi A.S.Zalmanov kapilyarlar haqqında çox maraqlı fıkirlər yazırdı: "Hər tələbə biləndə ki, yaşlı adamın kapilyarlarının ümumi uzunluğu 100.000 km, böyrək kapilyarlarının uzunluğu 60 km, bütün kapilyarların ümumi sahəsi 600 kv metrdir, o vaxt tələbə həqiqi fizioloji anatomiyanı yaradacaq. O zaman bir çox klassik doqmatizmin və mumyalanmış xarabazarlığın dirəkləri hücumsuz və döyüşsüz yıxılacaq". Bunu bilən Nişi kapilyarların qidalanması məsələsinə olduqca böyük əhəmiyyət verirdi. Onun yaratdığı dördüncü təmrin qan dövranını təkcə uclarda deyil, bütün bədəndə fəallaşdırır. Bunun səbəbi çox sadədir: qan damarları qan dövranının vahid sistemini yaradır, ona görə də lokal (məhdud məkanda) yaxşılaşma bütün bədəndə yaxşılaşmaya səbəb olur. Bundan əlavə əllər və ayaqlar kapilyarlarla çox zəngindir, əl-ayaq damarlarında baş verən hərəkət bütün bədəndəki damarların fəallaşmasını stimullaşdırır. Təsadüfi deyil ki, ta qədim zamanlardan xəstəlikləri əl və ayaqlrın vəziyyəti ilə bağlayırlar. "Ürəyiniz ağrıyırsa, ayaqlarınızı müalicə edin"-yapon məsəli buna sübutdur.

Nişi yorğa qaçmağın faydasını qeyd edərək, soruşur: yatağa buxovlanmış ağır xəstə necə qaçsın? Kapilyarlar üçün nəzərdə tutulan təmrinin özü elə qaçış deməkdir-meydansız, məsafəsiz qaçış. Bunun adi qaçışdan fərqi ondadır ki, ürəyə zərrə qədər də ağırlıq düşmür. Bu təmrini müntəzəm yerinə yetirən hər kəs həm ürəyini, həm dərisini, həm də ayaqlarını və əllərini, deməli, bütövlükdə öz orqanizmini müalicə etmiş olur.

Beşinci qayda: əllərin və pəncələrin təması

Arxası üstə döşəməyə uzanın. Bərk yastığı boynunuzun altına qoyun. Pəncələri və əlləri iç-içə yapışdırıb sıxın. Dizləri mümkün qədər yanlara gen açın. Əlləri sinə üzərində tutun. Məşqə başlayın.

1. Əl barmaqlarının ucunu bir-birinə sıxın-10 dəfə.

2. Sağ əlin barmaqları ilə sol əlin barmaqlarını sıxın-10 dəfə. İndi də əksinə-10 dəfə. Sağ əllə sol əli sıxın-10 dəfə. Əksinə-10 dəfə.Yarıbükülmüş əllərin qıraqlarını 10 dəfə sıxın.

3. Bitişik əlləri başdan yuxarı uzadıb qollarınızı tam açın, yavaş-yavaş, müqavimət göstərə-göstərə geri, qurşağacan qaytarın. Barmaqlar baş tərəfə tuşlanıb-10 dəfə. Eyni hərəkəti əks istiqamətdə edin. Barmaqlar ayağa tuşlanıb-10 dəfə.

4. Bitişik əlləri bədənə perpendikulyar şəkildə yuxarı qaldırıb qolları tam açın, havanı yara-yara baş tərəfdən ayağa tərəf aparın və müqavimət göstərə-göstərə geri qaytarın (sanki havanı qılınclayırsınız)-10 dəfə.

5. Bitişik əlləri dik yuxarı qaldırıb endirin (elə bil havanı süngüləyirsiniz)-10 dəfə.

6. Bitişik əllər sinə üzərində qalıb. Bitişik pəncələri 1 qarışa qədər aşağı aparıb, qaytarın-10 dəfə. Bunu edərkən pəncələrin aralanmasına imkan verməyin.

7. Bitişik əlləri və bitişik pəncələri eyni vaxtda əks istiqamətdə uzadıb, çəkirsiniz. Qollar tam açılır. Pəncələr isə 1 qarışa qədər uzanır. Pəncələrin aralanmasına imkan verməyin. Elə bil fəqərə sütununu dartıb uzatmaq istəyirsiniz: 10 dəfədən 61 dəfəyədək. Çox eləmək də olar.

8. İlkin məşqlərdən sonra əvvəlki vəziyyəti alın. Əllər sinədə antenna kimi dayanıb. Gözləri yumub 5-10 dəqiqə "lotos" vəziyyətində sakit qalın. Dizlər yanlara tərəf mümkün qədər gen açılıb.

İndi isə gəlin, bu təmrinin təsir mexanizmini öyrənək. Bitişik əlləri və pəncələri hərəkət etdirməklə, biz nəyə nail oluruq? Çoxumuz heç xəyalımıza da gətirmirik ki, ürəyi mədədən ayıran diafraqmanın özü elə ikinci ürəkdir. Sağlam bədəndə diafraqma bir dəqiqə ərzində 18 dəfə hərəkət edir: 4 sm yuxarı qalxır və 4 sm aşağı enir, yəni: diafraqmanın amplitudası 8 santimetrdir. Bu da bir sutka ərzində 24.000 hərəkət deməkdir. Bədənimizdə ən böyük əzələ sayılan diafraqmanın gördüyü iş belədir. Diafraqmanın hərəkəti say etibarilə ürək hərəkətinin dörddə biri qədər olsa da, böyük sahəyə malik olan bu nəhəng nasos aşağı enəndə qara ciyəri, dalağı, yoğun bağırsağı sıxır və qan dövranını yaxşılaşdırır. Qarın boşluğunda olan bütün qan damarlarını və limfatik damarları sıxan diafraqma, venoz sistemini boşaldır və qanı irəli, döş qəfəsinə tərəf itələyir. Onun gemodinamik təzyiqi güclü olduğu üçün qanı ürəyə nisbətən, daha çox vura bilir. Bu təmrinin hazırlıq hissəsini yerinə  iki antoqonik qüvvə, yəni, konstruktiv və destruktiv (qurucu və dağıdıcı) enzimlər üstünlük uğrunda rəqabət aparırlar. Nəhayət, onların arasında arzuolunan tarazılıq bərqərar olur. Ruh və bədən qüvvələrinin müvazinəti yaranır. Buna daxili müvazinət deyilir. Beləliklə, daxili komfort təmin edilir.

Katsudzo Nişinin 6 qaydası - 3

Bu təmrin əzələlərin, əsəblərin, damarların, bədənin sağ və sol hissələrinin, əl və ayaqların funksiyasını tənzimləmək üçün çox faydalıdır. Bundan əlavə böyrəküstü orqanların, cinsi orqanların, yoğun bağırsağın və böyrəklərin funksiyasını da xeyli yaxşılaşdırır. Hamilə qadınlar bu məşqdən səmərəli istifadə etsələr, ana bətnində olan uşağın normal inkişafı, əyri vəziyyətdə olan uşağın düzəlməsi üçün şərait yaratmış olarlar, doğuş xeyli yüngülləşər.

K.Nişi bu barədə yazırdı: "Osakalı əczaçının iki oğlu vardı. Arvadları eyni vaxtda doğmalı idi. Həkim kiçik oğlanın arvadına baxarkən demişdi ki, mütləq qeysəriyyə əməliyyatı aparmaq lazımdır. Çünki çanaq stazı (durğunluq) normal doğuşa imkan vermir. Xoşbəxtlikdən mən bu vaxt Osakada oldum. Qadına məsləhət gördüm ki, əllərini və pəncələrini birləşdirsin, 40 dəqiqə arxası üstə uzansın, bundan əlavə "qızıl balıq" təmrinini yerinə yetirsin. Zavallı qadın bütün gecəni mən dediyim qaydada təmrinləri yerinə yetirdi. Sabahısı günü öz ərini və ondan da çox qeysəriyyə əməliyyatı keçirməyi təklif edən həkimi təəccüb və heyrət içində qoyaraq, heç bir əzab çəkmədən rahat dünyaya uşaq gətirdi."

Nişi bu möcüzəni onunla izah edir ki, çanağın stazı əsəb pozuntusuna gətirib çıxardır, digər həyati faktorların mütənasibliyini pozur, bu da uşağı ana bətnində qeyri-normal vəziyyətə gətirir. Ana bədəni normal hala düşən kimi uşaq və çanaq öz təbii vəziyyətini alır. Hər gün rastlaşdığınız bir şeyi yadınıza salmaq istəyirəm: bir yeriniz ağrıyan kimi əlinizi dərhal ora qoyursunuz. Çünki əldə şəfaverici qüvvə var. Hər kəs öz əllərindən müalicə məqsədilə istifadə edə bilər. Bunun üçün dizlər üstə oturmaq, bədənin bütün ağırlığını baldırlara salmaq, əlləri və qolları üz-üzə birləşdirərək, əqli enerjini (həyat gücünü) 40 dəqiqə barmaqların ucuna cəmləmək lazımdır. Bu proseduranı uğurla başa vuran adam ömrünün sonunadək onu bir daha təkrar etməyə bilər. Bundan sonra barmağı ağrıyan yerə toxundurmaq kifayət edər-ağrı dərhal kəsəcək. Əllər birləşdirilərkən orqanizmdəki ümumi maye (hüceyrəarası, hüceyrə tərkibindəki mayelər, qan və limfa) neytrallaşır və tarazılıq yaranır.

İnamsızlar (skeptiklər) bunu asanlıqla yoxlaya bilər: əvvəl qan təzyiqini ölçün, sonra əllərinizi 3-4 dəqiqə birləşdirib bu vəziyyətdə qalın, sonra təzyiqi yenidən ölçün. İkinci halda qan təzyiqi birincidən yaxşı olacaq.

Məsləhət görürəm: yeməkdən qabaq əlləri bir dəqiqə yarım vaxt ərzində birləşdirib diz üstə oturun-çox faydalıdır! Bu hərəkət orqanizmdə turşu-qələvi tarazlığını bərpa edir. Əgər bu məşqi yatağa uzanarkən etsəniz, onda bunu yalnız səhər yeməyindən qabaq təkrar etmək kifayətdir.

Daha bir məsləhət: əzələləri iflic olmuş xəstə (genipleksiya) öz yaxınlarının köməyi ilə ayaqlarını və əllərini birləşdirməli və bu məşqi yorulana qədər davam etməlidir. Mütləq şəfa tapacaq.

Ərşad Əzimzadə

Ardını növbəti xəbərimizdə izləyin.

20 avqust 2014
GO BACK