Qadin.NET / Katsudzo Nişinin 6 qaydası - 2

Katsudzo Nişinin 6 qaydası - 2

İkinci qayda: bərk və balaca yastıq

İradənizi toplayıb "əlvida yumuşaq yataq" deyə bilsəniz, "əlvida yumuşaq balış" deməyi də unutmayın. Çünki yatarkən təkcə bədənin düz vəziyyətdə olması kifayət deyil, boyun fəqərələri də düz olmalıdır. Odur ki, iri və yumşaq balışı cibində dava-dərman gəzdirməyi xoşlayanlara bağışlayın, özünüz isə meylinizi bərk və balaca yastığa salın. Onu taxtadan, parçadan, pambıqdan və s. düzəltmək olar. Belə yastığı boyunun altına qoyub arxası üstə yatmaq lazımdır. Baş döşəyə toxunmasın və çox hündürdə qalmasın, döşəkdən bir barmaq enində aralansa kifayətdir. Təbii ki, ilk gecələr pis yatacaqsınız, tez-tez yan üstə çevriləcəksiniz. Yalnız bu halda rahatlıq tapacaqsınız. Lakin bu rahatlıq sizə baha başa gələcək: xəstəlik yaxanızdan əl çəkməyəcək.

Soruşa bilərsiniz: özümə nə üçün əziyyət verməliyəm? Sualın cavabı belədir: Birinci qayda kimi, bu qayda da zəngin elmi əsaslar üzərində qurulub və özündə çoxlu dəyərli elementlər cəmləyib. Elmə bəllidir ki, burun divarı daxili orqanların reflektor təsirini stimullaşdıran mənbədir. O, müxtəlif reflekslərin mərkəzini cəmləşdirir. Odur ki, divarın müxtəlif nöqtələrinə təsir göstərməklə bir çox xəstəlikləri müalicə etmək olar. Yadınıza salın: "ürəyi gedən" adamın burnuna naşatır spirti verərkən, dərhal özünə gəlir.

Müəyyən edilib ki, burun divarı bütün daxili orqanların fizioloji mütənasibliyinə nəzarət edir. Bir çox xəstəliklər (astma, mioma, ürək arteriyasının gərilməsi, cinsi və endokrin orqanların xəstələnməsi, süzənək, aybaşı zamanı baş verən ağrılar, qəbzlik, diafraqmanın zəyifləməsi, mə'dənin və ciyərlərin xəstələnməsi, qulaq ağrısı, əsəbilik, gərginlik və s.) burun divarının vəziyyəti ilə bilavasitə bağlıdır. Professor K.Nişi sübut edib ki, başının altına bərk yastıq qoyan adamın burun boşluğunu müalicə etməyə ehtiyacı qalmır. O yazırdı: "Beyin təkamülü iybilmə hissinin inkişafı ilə bağlıdır, onun nəticəsidir. Çünki bütün orqanlar burun divarı ilə sıx bağlıdır."

Katsudzo Nişinin 6 qaydası - 2

Bərk yataqdan istifadə etmək burun divarının normal işləməsi üçün gözəl şərait yaradır və xəstəliklərin qarşısını alır. Geniş yayılmış bir yapon məsəlində deyilir: "Əyilmiş boyun gödək ömrün nişanəsidir." Alman həkimi Parma tədqiqat apararkən aydın olub ki, dişi ağrıyan adamların, demək olar, hamısında 3-cü və 4-cü boyun fəqərələri burxulmuşdur. Bərk yastıq beyin damarlarının aterosklerozunu müalicə edir və beyində qan dövranını yaxşılaşdırır, beyin damarlarında kristala çevrilməkdə olan zərərli maddələri əridir. Bərk yastıq həm də ona görə lazımdır ki, böyük yastıqda yatarkən boynunuz əyilir, ağzınız açıq qalır, nəfəsi ağızdan alırsınız, odur ki, boğazınız ağrıyır. Bəzən də başınız yastıqdan düşür. Bu da pis nəticə verir. Məlumat üçün deyim ki, Nişi öz yastığını ağacdan hazırlamışdı. M.Qoqulan isə pambığı dürmək kimi bükmüş, üstünə at tükü sarımışdır. Mən də ağaca üstünlük vermişəm. Məsləhət görürəm ki, ilk vaxtlar məhrabanı, yaxud digər pambıq parçanı dürmək kimi yumrulayıb, iplə(sapla) sarıyasınız, boynunuzun altına qoyub yatasınız və tədricən özünüzü daha bərk yastığa alışdırasınız.

Katsudzo Nişinin 6 qaydası - 2

Üçüncü qayda: “qızıl balıq” təmrini

Artıq biz sizinlə düzgün yatmaq qaydalarını bilirik. İndi qalır "hərəkət bütün dərmanları əvəz edir, amma bütün dərmanlar hərəkəti əvəz edə bilmir" kəlamının dürüstlüyünü araşdırmaq. Professor Nişi bu kəlamı hələ XX əsrin əvvəlində sınaqdan keçirib və bu sadə həqiqəti təsdiq edib. Alim onu da sübuta yetirib ki, heç də bütün hərəkətlər şəfa vermir. Əksinə, elə hərəkətlər var ki, qaş qayıran yerdə, vurub gözü də çıxardır. Yalnız qanı saflaşdıran və qan dövranını yaxşılaşdıran hərəkətlər müalicəvi əhəmiyyət kəsb edir. Nişi saflaşdırıcı hərəkətləri 4 təmrində düzmüş və birincisinə "Qızıl balıq" adı vermişdir.

Maraqlıdır, nə üçün məhz qızıl balıq? Yapon əyalətlərinin birində balığı diriltmək üçün qəribə bir üsuldan istifadə edirlər: balığın quyruğundan tutub onu əsdirərək, suya salıb çıxardırlar. Nişi öz təmrinlərindən birinə "qızıl balıq" adı verənə qədər bu oyunun mənasını kimsə aça bilmirdi. Nişi bu hərəkətin orqanizmin yaşamaq qabliyyətini artıran bir hərəkət olduğunu anladı və ilk məşqini balıq çabalamasına (vibrasiya) bənzətdi. Bu dəyərli təmrin aşağıdakı qaydada həyata keçirilir.

1. Arxası üstə döşəməyə (yaxud bərk çarpayının üstünə) uzanın. Ayaqlarınızı mümkün qədər çox qabağa uzadın, pəncələrinizi tavana perpendikulyar şəkildə cütləyin. Əllərinizi başınızın üstündən geri atın. Bədəninizi tarım dartıb "simə" döndərin. Sağ dabanı yerə dirəyib bədəninizi aşağı dartın və eyni vaxtda bədəni əllərlə əks istiqamətdə dartın. Hər dəfə bunu edərkən 7-yə qədər sayın. Eyni hərəkəti sol dabanla da edin. Hər dabanla 10 dəfə dartmaq lazımdır. Məqsəd burxulmuş fəqərələri dartıb öz yerinə salmaq və düzəltməkdir.

2. Qollarınızı dirsəkdə büküb əllərinizi boyunun altına qoyun. Pəncələri cütləyib tavana perpendikulyar şəkildə saxlayın. Dabanları, çanağı və kürəkləri yerə sıxın. Fikirinizi cəmləyib məşqə başlayın. Cüt ayaqları sağa, başı isə sola tərəf hərəkət etdirin. Fəqərə sütunu tərpənmir. "Vibrasiya"-nı sürətlə etmək lazımdır.

Vaxt:1-2 dəqiqə. Yaxud 120-240-ə qədər saymaq. Vaxtı uzatmaq da olar.

"Qızıl balıq" bizə nə verir?

Fəqərə sütununun əyilməsi 2 formada baş verir: kifolordoz forma və skolioz forma. Kifolordoz sağlamlıq üçün daha təhlükəli forma sayılır.

Bunlar necə baş verir? Bədən uzun müddət qeyri-normal vəziyyətdə qalanda fəqərələr əyilir və bu şəkildə bərkiyir. "Qızıl balıq" təmrini belə əyilmənin tədricən aradan götürülməsi üçün şərait yaradır. Əyilmə ləğv olunur, nəticədə, qan dövranı yaxşılaşır, əsəb sistemi qaydaya düşür. Nişi izah edir ki, fəqərələrin əyilməsi peşədən və məşğuliyyətdən asılıdır. Müxtəlif peşə xəstəlikləri mövcuddur. Məsələn, peşəkar idmançının, bir qayda olaraq, ürəyinin sol tərəfi genişlənmiş olur. Çünki idmançı qaçarkən ürək nasos kimi, yalnız sol tərəfı ilə işləyir. Nə qədər ki, idmançı məşq edir, sağlamlıq üçün təhlükə yoxdur. İdmanı atandan sonra ürəyin genişlənmiş hissəsi torba tək süzülür, lırt olur, bu da başqa fəsadlar verir. Nəticədə keçmiş idmançı plevrit xəstəliyinə tutulur.

Katsudzo Nişinin 6 qaydası - 2

Rəqsi atan balerinanın isə, adətən, ayaqları ağrıyır. Yazı masası arxasında çox oturanların da “özəl” xəstəliyi var. Makinaçılar və çertyoj çəkənlər, adətən, qulaq ağrısından, burun, boğaz, mədə xəstəliyindən, cinsi orqanların xəstəliyindən şikayət edirlər. Çəkməçilər böyrək, ürək, ağ ciyər xəstəliklərinə mübtəla olurlar. Bütün bunlar göstərir ki, xəstəliklərin əksəriyyəti fəqərə sütununun vəziyyəti ilə bağlıdır. "Qızıl balıq" fəqərə sütununun düzəlməsinə kömək edir. Nəticədə, bütün orqan və sistemlərin funksiyası qaydaya düşür, xarici (parasimpatik) və daxili (simpatik) əsəb sistemlərinin işi tənzimlənir, qan dövranı yaxşılaşır, orqanizmin hər bir hüceyrəsi qanla daha yaxşı təmin olunur, adamın qaməti düzəlir, adam cavanlaşır.

Bununla yanaşı yoğun bağırsağın, qaraciyərin, böyrəklərin, dərinin, ürəyin, beyinin fəaliyyəti yaxşılaşır. Biz heç vaxt ağlımıza gətirmirik ki, bişüur itlərmsağlamlıq barədə heç bir ədəbiyyat oxumasalar da Nişinin sistemi ilə yaşayırlar: bərk yerdə uzanıb yatırlar, başlarını bərk yerə qoyurlar, yuxudan duran kimi yaxşı-yaxşı dartınıb, fəqərə sütununu düzəldirlər, başlarını silkələyirlər, bədənlərini "vibrasiya" edirlər. Qardan, yağışdan, şaxtadan, çovğundan zərrə qədər ehtiyat etmirlər. Küçədəki sahibsiz itin xəstələnməsi nadir hadisə sayılırsa, tövlədə, hində insan tərəfindən bəslənilən malın, davarın, toyuq-cücənin xəstələnməsi adi haldır. Çünki ev heyvanları çöl heyvanlarından fərqli olaraq təbii şəraitdə deyil, sahibləri kimi süni surətdə yaradılmış komfortda yaşayırlar. Onların orqanizmindəki şəfaverici mexanizm tədricən kütləşir, işləmir. Bu mənada ev heyvanlarını insanlara birləşdirən bir cəhət var: komfort üzərində cücərən xəstəlik və onun acı nəticəsi.

19 avqust 2014
GO BACK