Qadin.NET / Siqaret çəkən qadınlar 25 il sonra

Siqaret çəkən qadınlar 25 il sonra

 

Siqaret çəkən qadınlar 25 il sonra

 

Bir az da həyatın həqiqətlərinə baxmaq və onlar haqqında danışmaq lazım olduğunu düşünürəm. Ona görə də sizlərə belə bir yazını təqdim etmək istəyirəm. Bunu təəssüf ki, siqaret çəkən bir xanımın adından yazıram. Yazını oxuyunda deyəcəksiniz ki, bunları bilir, bəs niyə hələ də siqaret çəkir? Dəfələrlə tərgidib və ağlının bir küncündə həmişə tərgitmək fikriylə yaşayıb, yaşayır da.

Sadəcə olaraq hamımızın etdiyi kimi bəhanələr gətirir. Amma çox deyil, bir neçə ilə bu xəstəlikdən can qurtaracağına ümid edir. Lazım gəlsə, həkimlərdən də kömək istəyəcək. Təki tərgidə bilsin.  Nə isə biz xəbərimizə qayıdaq və baxaq, görək, siqaret çəkən xanımları nələr gözləyir. Əgər bu xəbəri oxuyanların içində siqaret çəkən xanımlarımız vardırsa, qoy oxusun və ibrət alsın.

Xanımlar özünə baxan, gözəl olmağı sevən və gözəl olduğu zaman da özünü çox yaxşı hiss edən varlıqlardır. Ancaq bu siqaret onları daxilən çirkinləşdirən bir məhsuldur. İllər sonra elə bir üzlə qarşılaşacaqsınız ki, "Bu mənəmmi?" deyəcək və inana bilməyəcəksiniz. İndi illər keçir və biz 40 yaşımıza yaxınlaşırıq. 
Xərçəng
Zamanımızım məşhur xəstəliyidir. Ağciyər xərçəngi, mədə xərçəngi, boğaz xərçəngi, dəri xərçəngi və s. növləri də var. Xərçəng, əlbəttə, yalnız siqaret çəkənlərin qapısını çalmır. Amma kimin qapısına daha tez gəlir - bu olduqca açıqdır. Bu xərçəng adamı öldürmür, əzab verir. Yaxın bir tanışımız boğaz xərçəngi oldu. Onun həyat yoldaşı isə mədə xərçəngindən əziyyət çəkirdi. Çox çətinliklər çəkdilər. Bu mövzunu yazarkən canım çox ağrıyır. Düşünün, ölümə addım-addım yaxınlaşdığımızı bilirik, amma vecimizə almırıq. Siqaret illərlə çayın və qəhvənin yanında bizə kef verir. Sonra aldığınız kefi xəstəxana qapılarında burnunuzdan gətirir. Xanımların xərçəngə tutulma riski kişilərə görə də çox olunca insan bir dayanıb fikirləşməlidir ki, mən nə edirəm? 
Siqaret çəkən qadınlar 25 il sonra
Uşaqsız xanım
İndiki vaxtda xanımlar təhsil, karyera deyərkən evliliyi irəlidəki yaşlarında düşünürlər. Xanımların 20 yaşlarda uşaq dünyaya gətirmə nisbəti yüksək olarkən 30 və sonrası üçün vəziyyət bir xeyli dəyişir. Yaşla gələn çətinliyə bir də siqaret çəkmək əlavə olunubsa, o zaman şansınız çox azalır. Bu vəziyyət tibbi bir həqiqətdir! Əgər bunu yaşayaraq görmək istəmirsinizsə, dərhal əlinizdən atın o siqareti. Bir an əvvəl xilas olun ki, bədən təmizlənsin. Sağlam bir ana ola biləsiniz. 
Ləkəli dişlər
İstədiyiniz qədər dişlərinizi təmizlədin, istədiyiniz qədər ağartma əməliyyatı etdirin nəticə yenə eyni olacaq. Bir neçə ay içində dişləriniz saralacaq, sarı ləkələr meydana gələcək və hətta qaralacaq. Hələ dişlərini təmizlətməyən xanımlar da var ki, bir müddətdən sonra onlarda iyrənc bir qoxu yaranmağa başlayır. Bu isə nə bir qadına, nə də bir kişiyə, həqiqətən, heç yaraşmır. İnsanı gözəlləşdirən xoşbəxtlik, xoşbəxtliyin rəsmi də gülümsəməkdir. Gülümsəməyi unutmaqmı istəyirsiniz?

Bədəndə qalan iy

Ən pis yan təsirlərindən biri də siqaretin iyidir: geyimə, alt paltarına və şkaflara çökən siqaret iyi. Gözəl dərinizdə də siqaret istifadəsindən uzun müddət sonra da pis iy qalır. Siqaret çəkən insanlar, əlbəttə ki, bu iyi özləri hiss etmir. Amma siqaret istifadə etməyən insanlara bu iy çox pis təsir edir. Bu iyin qarşısını ətirlə də almaq olmur. Ən gözəli istifadə etməməkdir.
Siqaret çəkən qadınlar 25 il sonra
Sarı dırnaqlar
40-50 yaş araları sizə çox uzaq kimi gələ bilər. Əgər 20 yaşlarındasınızsa, sarı dırnaqlar ifadəsi sizə şişirdilmiş də gələ bilər. Amma bu heç də belə deyil. Zaman sürətlə axıb gedir və siz dəyandıra bilmədiyiniz bu zaman axışı içində sürətlə irəliləyirsiniz. İrəlidəki illərdə siqaretdən istifadə dırnaqları sərtləşdirir, qalınlaşdırır, içi və ucları sarı olur. Yəni o dırnaqlara əgər lak çəkməsəniz, həqiqətən, çox pis görünürlər. 20 yaşlarında siqaretə başlamış və 40 yaşlarında hələ də siqaret istifadə edən xanımlar arasından bunu asanlıqla müşahidə etmək olur. Mənə haqq verəcəyinizə əminəm.
Dəri ləkələri və qırışları
Əgər bu ləkələr sizdə çoxdursa, dərhal bir həkimə müraciət edin. Çünki dəri xərçəngi də günümüzün dəhşətli xərçəng növlərindən biridir. Xəbərin əvvəlində də bu haqda yazmışdım. Burada diqqətinizi çəkmək istədiyim şey bədəninizdə ya da üzünüzdə yersiz əmələ gələn ləkələrdir. Əlbəttə günəş və ya solarium da ləkənin yaranmağına səbəb olur. Lakin bu ləkələr başqadır. 40 yaşlarda 20 ildir siqaret çəkən xanımların dərisi ilə heç çəkməmiş xanımların dərisini müqayisə etsəniz, mənə haqq verəcəksiniz. Həm də ən qorxunc olan siqaret çəkən xanımların dərisi tez yaşlanır, qırış-qırış olur. Fikirləşdikcə insanın ürəyini qorxu bürüyür.
Bir az güclü olaq! Nə özümüzə, nə də ətrafımıza zərər verməyək! Uşaqlarımıza yaxşı nümunə olaq! Siqaretə yox deyək! Heç bir şey üçün gec deyil və tərgitmə iradəsi içinizdə gizlənib! Sadəcə olaraq onu tapın və üzə çıxarın!
9 avqust 2014
GO BACK