Orqanizmin sağlam olmasının ilk şərti düzgün qidalanmaqdır. Hər günümüzü doğru seçilmiş səhər yeməyi ilə açsaq gün boyu özümüzü gumrah hiss etmekle yanaşı, həm də sağlamlığımızın qeydinə qalmış olarıq. ÇXR-nın tibb mütəxəssisləri belə hesab edirlər ki, səhər yeməyi yüngül olmalıdır, səhərlər çox kalorili yemək həm piylənməyə, həm də qan təzyiqinin yüksəlməsinə səbəb olur.
Mütəxəssislərin səhər yeməyi üçün məsləhət bildiyi 10 nahar menyüsü:
1-Soyutma yumurta və ya qayğanaq
2-Yulaf yarmasından hazırlanmış sıyıq
3-Meyvə şirəli və ya südlü müsli
4-Südlü qarabaşaqlı sıyıq
5-Meyvəli salat
6-Göyərtili tərəvəz salatı
7-Meyvəli və ya sadə kəsmik
8-Təmiz buğda çörəyi
9-Yoqurt
10-Az kalorili pendir.
Danimarkanın tibb mütəxəssisləri isə səhər yeməyinə tərəvəzli şorba məsləhət görürlər. Belə ki, səhər duru xörək yedikdə gün ərzində qarında şişkinlik və köp əmələ gəlmir.