Yay fəslinin bu qızmar günlərində günəşın faydalarından yararlanmaqla yanaşı, zərərli tərəfləri ilə də qarşılaşırıq. Xüsusilə də bədənlərində xalı daha çox olanlar günəşə çıxarkən daha diqqətli olmalıdırlar. Dermatoloq həkim Dr. Əhməd Günay dəridə əmələ gələn bəzi xalların təhlükədən xəbər verdiyini söyləyir.
Demək olar ki, hər kəsin bədənində xal var. Yay aylarında bədənimizdə günəşin təsiri nəticəsində bu xalların sayı artır. Əslində xallar sağlamlıq üçün zərərsizdir, amma onlar rəng və şəkil dəyişdirirsə bu təhlükədən xəbər verir. Bəzi xallar zamanla dəri xəstəliyinə belə yol aça bilər. Buna görə də sonradan yaranan ləkə və xallara diqqət etmək önəmlidir. Tünd rəngli xallar təhlükəli ola bilər. Günəşin ultrabənövşəyi şüaları A və D vitaminlərini yaratdığından xüsusilə uşaqların inkişafı üçün gərəklidir. Bundan əlavə Sədəf xəstəliyi, egzema və civzələrin müalicəsində günəş faydalıdır. Ancaq indi günəşin zərəri faydasından daha çox hiss olunur. Yerləşdikləri səviyyələrə görə Bazo Cellular və Spino Cellular adlandırılan 2 növ dəri xərşəngi tipi, 90% günəşin artıq qəbulu zamanı müşahidə olunur. Dairəvi, kənarları qabarıq, sağalmayan yaralar şəklində özünü göstərən bu tip xərçəng növləri vaxtında aşkar edildikdə müalicə olunur. Günəşin təsiri ilə tünd rəngli Malign Melanom adlı xərçəng növüdür ki, daha çox yayılıb, cərrahi müdaxilə və kimya terapiya ilə müalicə olunur.
Bir xal güclü zədə aldığı zaman xərçəngə çevrilə bilər. Bu zədələrin əvvəlində günəş durur. Xüsusilə ani və yüksək dozada qəbul olunan günəş çox önəmlidir. Yanıq yaradana qədər dərinin qızarması, soyulma kimi hallar dəri xərçənginə çevrilmə riskini artırır. Ovuc içi, daban, büzqalterin bağlandığı yer və iş paltarlarının rezin yerlərində xallarda travmalar ola bilər. Bu yerlərdəki xalları aldırmaq lazımdır. Xərçəngin yaranmasına səbəb hüceyrənin öz quruluşunu dəyişməsidir. Günəşin ultrabənövşəyi A şüaları daha risklidir. Çox təəssüf ki, istifadə etdiyimiz günəş qoruyucuları unturabənövşəyi B şüalarına görə müəyyən olunur. Günəş qoruyucuları alan zaman üzərində "Ultrabənövşəyi A və B-dən qoruyur" yazılması lazımdır.
İlk öncə 11:00 ilə 16:00 arası günəşə çıxmaq olmaz. Bu saatlardan başqa da dermotoloqların məsləhət gördüyü günəş qoruyucularından istifadə olunmaldır. Açıq rəngli dərisi olanlar ya da ailəsində melanoma əlamətləri olanlar ildə bir dəfə müainədən keçməlidirlər.
Hansı dərilər təhlükə altındadır?
Tünd rəngli xalı olanlar
Ailəsində melonoma əlamətləri olanlar
Günəş altında daha çox qalanlar
Günəş yanığı alanlar
Açıq dərililər
Müalicəsi necə edilir?
Müayinə gözlə və dermotoloji cihazla edilir. Sonra xalın kəsilməsi və biopsi alınıb alınmamasına qərar verilir. Risk faktoru müəyyən olunur. Risk olsa da xalın kəsilməsi xəstəliyin müalicəsi üçün kifayətdir.
Bu xallara diqqət edin!
Xal gözlə görüləcək dərəcədə böyüybsə
Konturları nizamsızlaşıbsa, şəkli dəyişibsə
Rəngi tünd qara olubsa
Subyektiv əlamətlər müəyyən olursa( yanma, qaşınma, ağrı)