Qadin.NET / Burun əyriliyi

Burun əyriliyi

Burun əyriliyi
Demək olar ki, hamımız uşaq vaxtı burnumuzu yıxılaraq, harasa dəyərək ya da hər hansısa bir qəza nəticəsində qanatmışıq. Əslində əhəmiyyət vermədiyimiz bu zərbələr və zərbə nəticəsinə baş verən qanamalar bizim fikirləşdiyimiz qədər əhəmiyyətsiz deyil. İrəliləyən yaşlarda ortaya çıxan burun əyriliyi (deviasiya) üçün bir başlanğıcdır.
Burunumuz zədələndikcə burun sümüyü və qığırdaqda ortaya çıxan gizli qırılmalar, 18 yaşından sonra üzümüzün tam mərkəzində nəfəs almanı çətinləşdirən və estetik görünüşü pozan, bəzən kənardan da görülən, inkişafını əyri tamamlamış bir burun şəklinə səbəb olur. 
Burun ən çox uşaqlıqda zərbə alır
Burun əyriliyinin genetik uyğunluq və burun əti (konka) ilə birlikdə ən çox rast gəlinən səbəbi uşaq ya da yetkinlik dövründə zərbə almasıdır. Xüsusilə 2 yaşından 5 yaşına qədər olan dövrdə uşaqlar idarəsiz bir şəkildə hərəkət edib, ətrafına çox diqqət etmirlər, buna görədə bu dövrdə dəymə və yıxılma çox olur. İbtidai sinif vaxtları və oyunlar buruna istiqamətli zərbələrə zəmin hazırlayır. Uşaq bir az daha böyüyür və 12-13 yaşına gəlir. Yetkinlik dövrünə çatan uşaqların rəqabətə dönük idman etmələri əsnasında burun yenə zərbələrin hədəfi olur.
Əyriliyə yol açan qırıqlar rentgenlə görülmür
Yaxşı bəs valideynlər, uşaqların burun qanamalarının nəticəsində gələcəkdə  ola biləcək problemlərin fərqindədirlərmi? Xeyr, yalnız "burnu qanadı və keçdi" anlayışı mövcuddur. Ancaq bu zərbələr burun qığırdağında gizli qırılmalara gətirib çıxarır. Bu qırılmalar, rentgen zamanı görünmür. Yalnız burun sümüyündə olan qırılmalar rentgendə görülür və qırıq sümüyün düzgün inkişafı üçün müdaxilə edilir. Rentgendə görülməyən qığırdaq qırıqları isə əyri inkişaf edir və bu əyrilik 18 yaşına qədər davam edir. Digər bir sözlə desək, sümük əyri inkişaf edən qığırdağı təqib edər, burnun rotası yəni böyümə istiqaməti dəyişər. Əyriliyin təməl qaynağı burunun ucundakı deformasiyadır. Nəticə: Burnun geri qalan görünüşünü tamamilə dəyişdirən burun ucunda əyrilik və burun çəpərində kəmər meydana gəlməsi 18 yaşından etibarən qalıcı olur.
Burun əyriliyi
Minimal əyriliyin yol açdığı narahatlıqlar:
Burnunda əyrilik olan adamın yaşı irəlilədikcə kifayət qədər nəfəs almada çətinlik çəkməyə başlayır. Çünki burun içindəki hava kanallarındakı minimal darlıqlar nəfəs almağı çətinləşdirir. Bədənə kifayət qədər oksigen qəbul edilmədiyi zamanda yorğunluq, baş ağrıları, yuxu pozğunluğu, depressiya, əsəbilik halı ortaya çıxır. Yaşanan bütün bu mənfiliklərlə yanaşı əyri burunun estetik olaraq üzə uyğunsuz olması və çirkin bir üz ifadəsinə yol açması, adamın özünü daha da bədbəxt hiss etməsinə və güvən problemi yaşamasına səbəb olur.
Müalicəsi
Bütün bu problemlərdən xilas olmaq üçün burun əyriliyi və burun estetik əməliyyatları tək bir cərrahı əməliyyatda, "burun estetiyi" əməliyyatında birləşdirilir. Burun əməliyyatıyla qığırdaq və sümükdə meydana gələn əyrilik düzəldilərək hava kanalları açılır, burnunun xarici görünüşü də düzəldilir. Nəticə olaraq, ciyərlərə kafi miqdarda hava ala bilən düzəldilən burun kanallarından gedərkən, estetik və təbii görünüşə sahib bir burun şəkli də üz ifadəsinə müsbət bir görüntü bəxş edir.
5 avqust 2014
GO BACK