Qadin.NET / Ayaqların tərləməsinin qarşısını necə almaq olar?

Ayaqların tərləməsinin qarşısını necə almaq olar?

Ayaqların tərləməsinin qarşısını necə almaq olar?

Ümumuyyətlə,ayaq tərləməsi normal haldır.Bir qayda olaraq dabanları yumaq,müntəzəm olaraq corabları dəyişmək lazımdır.Amma bəzi adamlarda ayaq həddən artıq tərləyir. Ayaq tərləməsini söyüd ağacı ilə edilən vanna aradan qaldırır.Bundan başqa, 1 litr suya  1x.qaşığı sirkə və ya perekis  əlavə olunmuş vanna ,ya da palıd ,qatırquyruğu qabığının vannası yaxşı təsir göstərir.Vannadan sonra daban formalin(dezinfeksiya dərmanı) və ya xüsusi karandaşla silinir.Həmçinin prisipkadan da istifadə edə bilərsiniz.Əgər vanna kömək etməsə,hər səhər ayağınıza ayağı tərləmədən qoruyan ayaq üçün sprey vurmaq lazımdır.Əgər tərləmə çoxdursa onda ayaqqabınıza da axşamdan sprey vurmaq məsləhətdir.

Tərləməyə qarşı olan kremlər də effektiv nəticələr verir.Belə kremlər tərləməni ,göbələk xəstəliyini,xoşagəlməz qoxunun qarşısını almaqla yanaşı ayaq dərisini qurutmur.Kremi isə seçərkən diqqətli olmaq lazımdır,çünki kremlər funksiyasına görə fərqli olur:

*Yorğunluq və tərləmə əleyhinə

*Qabaq və göbələklərə qarşı

* Çatlara qarşı

*Qan dövranını stimullaşdıran

Ayaqların tərləməsinin qarşısını necə almaq olar? 

Əgər daban dəriniz kobudlaşıbsa və çatlayıbsa ,2çay qaşığı soda əlavə olunmuş isti vannadan sonra dabanınıza soğanlı kompres qoyun.Bunun üçün soğanı əzib dabanınıza qoyun və selofan ilə sarıyın, bütün gecəni saxlayın.Səhər  soğanı yuyub dabana yağlı krem çəkmək lazımdır.Proseduru 2-3 dəfə etmək lazımdır.Soğanı kələmlə də əvəz etmək olar.

Hər zaman gözəlliyimizi və sağlamlığımızı qoruyub saxlayaq.

28 fevral 2011
GO BACK