Qadin.NET / Çox yaşamağın sirri

Çox yaşamağın sirri

İnsan daim həyatda qalmaq üçün mübarizə aparır. Demək olar ki, hər kəs gənc qalmaq, gəncliyin gücünü, enerjisini özündə saxlamaq istəyir.

Dünyanın ən tanınmış xərçəng xəstəliyi üzrə araşdırmaçılarından biri olan Dr.David Agus çox yaşamaqla əlaqəli bir kitab yazıb. O, kitabında bəzi məqamlara da toxunub. Gəlin, onlara nəzər salaq. Görək onun düşüncəsinə görə çox yaşamaq üçün nələr etmək lazımdır?
Uşaq dünyaya gətirin
İnsanlar uşaq dünyaya gətirərək nəsillərini artırır və istər-istəməz özlərini psixoloji olaraq ölümsüzlüyə nail olmuş kimi hiss edərlər. Bu düşüncələri bir kənara qoyun. Uşaq sahibi olmaq sizi mənəvi olaraq gücləndirəcək, bir çox çətinlik qarşısında onların öhdəsindən gəlmək üçün güclü ola biləcəyinizi sizə sübut edəcəkdir. 
Çox yaşamağın sirri
Orta miqdarda çay və qəhvə qəbul edin
Qəhvə və çay içməyin faydalı tərəfləri var. Xüsusən də çayın içində olan flavanoidlərin ürək üçün faydaları var. Ancaq dediyimiz kimi, hədsiz kofeinin xeyrindən çox ziyanı var.
Özünüzə baxın
 
Çılpaq soyunun və güzgünün qarşısına keçin. Özünüzə qarşıdan və arxadan yaxşıca baxın. Bu, sizin vücudunuzdakı dəyişiklikləri daha yaxşı fərq etməyinizə kömək olacaq. Xüsusən də dərinizə diqqətlə baxın. Beləcə, dəri xərçənginə çevrilmək ehtimalı olan şeyləri daha yaxşı görə bilərsiniz.
Yeməklərinizi eyni vaxtda yeyin
Hər dəfə eyni saatda yemək yeyib eyni saatda yatsanız, orqanizminizdəki stress hormonu olan kortizolun miqdarı aşağı düşər. Bundan əlavə, eyni saatda yemək yeyərək bədəninizin ac qalmaq kimi hallarının qarşısını almış olacaqsınız. 
Kənardan vitamin qəbul etmək əvəzinə meyvə və tərəvəz yeyin
Xüsusən də Avropa ölkələrində vitamin həblərindən çox geniş istifadə edilir. Edilən sonuncu tədqiqatlara əsasən, müəyyən edilmişdir ki, bu vitamin həbləri bilindiyi qədər faydalı deyil. Bunun əvəzində daim bol meyvə və tərəvəz qəbul etmək lazımdır. Bədən üçün lazım olan bütün vitaminlər meyvə və tərəvəzlərin tərkibində var. 
Çox yaşamağın sirri
Yaxşı ayaqqabılar geyinin
Narahat ayaqqablar ürək xəstəlikləri, immunitet zəifliyi və s. bu kimi xəstəliklərə səbəb ola bilir. Xüsusən də qadınların geydiyi babet, barmaq hissəsi dar hündürdaban ayaqqabılar siz hiss etmədən bütün bədəninizə təsir edir. Ona görə də keyfiyyətli və rahat ayaqqabı geyinin. 
17 iyul 2014
GO BACK