Qadin.NET / Dişiniz ağrıyırsa...

Dişiniz ağrıyırsa...

Dişiniz ağrıyırsa...

Diş ağrısının birdəfəlik və tez bir şəkildə öhdəsindən gəlmək üçün təcili olaraq bir diş həkiminə müraciət etmək lazımdır. Amma bəzən elə hallar olur ki, həmin an dişimiz ağrıyır və diş həkiminə də müraciət etmək imkanımız omur. Bundan əlavə həkimə gedənədək ağrını yüngülləşdirmək də heç də pis olmazdı. Çünki diş ağrısı çox insanın qorxduğu bir ağrıdır. Hətta “Hər yerim ağrısın, amma bircə dişim ağrımasın” deyənlərimiz də çoxdur.

Əgər oruclu ikən dişniz ağrıyırsa, o zaman ağrıyan diş bölgəsinə soyuq komres qoymaq lazımdır. Bu, bir müddətlik də olsa, ağrını yüngülləşdirəcək və bir qədər azaldacaqdır. Sonra isə mütləq həkimin müayinəsindən keçin. 

Dişiniz ağrıyırsa...

Bundan əlavə bir sıra təbii yolla da diş ağrısını həkimə gedənə qədər bir az yüngülləşdirmək mümkündür.

İlk olaraq dişinizi fırçalamağı yoxlayın. Dişin fırçalanması çürük dişdə və ya dişlər arasında ilişib qalan maddələrin uzaqlaşdırılmasında böyük əhəmiyyətə malikdir. Dişlərin diş teli ilə təmizlənməsi və fırçalanması ağrının azalmasına səbəb olur. 

Dişiniz ağrıyırsa...

Sirkəli su və duzlu su ilə edilən qarqara diş ağrılarını müəyyən qədər azaldır. O, dişi və diş ətini bir qədər keyidir. Dişi bakteriyalardan təmizləyir və şişləri azaldır. Diş ətini və açıq çürükləri dezinfeksiya edir. 

Dişiniz ağrıyırsa...

Ağrıkəsici və antibiotiklər də bu zaman köməyinizə gələ bilər. Əgər ağrıyan diş nəyisə dişlədikdə daha da çox ağrıya səbəb olursa, bu, iltihablanmadan yaranmış bir hal olaraq özünü büruzə verə bilər. Ona görə də antibiotk müalicəsinə başlamaq lazımdır. 

Dişiniz ağrıyırsa...

Mixək yağı və ya quru mixək əsrlərdir ki, infeksiyaya qarşı müalicə vasitəsi kimi işlədilir. Mixək yağı diş əti ağrılarında da faydalıdır. Onun tərkibinə euqeol adlı güclü bir maddə var. Bakteriyaları öldürən bu maddə diş məcunlarının tərkibində də var. Quru mixəyi ağrıyan yerə qoyub gözləmək lazımdır. Mixək həmin bölgəni keyidərək ağrını azaldır. Bundan əlavə antibakterial təsirli olduğuna görə çürüyü olan dişin ətrafındakı bütün zərərli bakteriyaları da məhv edər. 

Dişiniz ağrıyırsa...

Ağrıyan çürük dişin üzərinə sarımsaq da qoya bilərsiniz. Sarımsağı çürük düşün üzərinə qoyub bir qədər gözləsəniz, o, ağrıya səbəb olan bakteriyalar məhv edəcək və beləcə ağrıdan qurtulmuş olacaqsınız. 

Dişiniz ağrıyırsa...

Çörəkotunu (qara zirə) mütəmadi olaraq istifadə etsəniz, ağrıya səbəb ola biləcək bütün bakteriyaları bədəninizdən uzaqlaşdırar və immun sisteminizi gücləndirər. 

Dişiniz ağrıyırsa...

Buğdadan hazırlanmış səməninin suyunun da diş ağrısını azaltdığını bilirdiniz? Səməni şirəsi diş ətlərini və dişləri infeksiyaladan qoruyan təbii bir antibiotikdir. Ağızdakı bakteriyaların artımının qarşısını alar və diş ağrısını azaldar. 

Dişiniz ağrıyırsa...

Zərdəçal da antbakterial və antiseptik təsirə malikdir. Onu su ilə qarışdırıb xəmir halına salaraq ağrıyan dişin üzərinə yaxmaq lazımdır. Beləcə, o, diş ağrısını aparacaqdır. 

Dişiniz ağrıyırsa...

İstiotun güclü bir antibakterial olduğunu hər birimiz bilirik. Soyuqdəymə zamanı belə yeməklərimizə bol istiot vurub yeyirik ki, bədənimizdəki soyuqdəyməni çıxartsın. İstiot diş ağrılarında da bizim köməyimizə gələ bilər. O, diş ağrısını azalmağına səbəb olur. 

16 iyul 2014
GO BACK