Qadin.NET / Məşqə bir az ara verək

Məşqə bir az ara verək

Məşqə bir az ara verək
Xəstəlik 
Əgər özünüzü yaxşı hiss etmirsinizsə, sadəcə qrip də  olsa idman etməyin. İdman  immunitet sisteminizə daha çox yük salacaq və xəstəliyi uzadacaq. Nəticədə fiziki fəaliyyətdən daha çox uzaq olmaq məcburiyyətində qalacaqsınız. Siz özünüzü yaxşı hiss etməyəndə etdiyiniz işə bağlı olmağınız çətinləşər. Bu, burxulma və yaralanmaların əhəmiyyətli səbəblərindən biridir. Heç daha əvvəl idman dərsində huşunu itirən və ya başqasının ayağına basıb yıxılaraq yaralanan birini görmədinizmi? 
Sağalma dövrü
Xəstəlikdən sonra dərhal normal işinizə qayıtmağa tələsməyin. Dərhal işə başlamaq xəstəliyinizin simptomlarının yenidən üzə çıxmasına səbəb olacaq. İdman salonuna qayıtmağa qərar verdiyiniz zaman məşqə yavaş və diqqətli bir şəkildə başladığınızdan əmin olun. Normal iş yükünüzün yarısını edərək əvvəl özünüzü rahatlaşdırın və mərhələ-mərhələ artırın.
Məşqə bir az ara verək
Özünüzü depressiyada hiss edirsinizsə...
Bəzi günlər ürəyiniz idman salonuna getmək istəmir, lakin bəzən də bədəniniz sizə yorulduğunu başa salmağa cəhd edə bilər. Fitness dərslərindən bir günlük qayıb sizə enerji kimi geri qayıda bilər. Evə gedin, sağlam qidalanın və idman salonuna getmədiyiniz üçün özünüzü cəzalandırmayın. Bədəninizə qulluq etmək üçün sizin ruhi vəziyyətinizin də buna hazır olmalı olduğunu yaddan çıxarmayın. Məşq sizin stressdən uzağlaşmanıza kömək edəcək, amma bəlkə də sadəcə rahatlaşmağınıza ehtiyacınız var.
Zədələnmək
Zədəniz necə olursa-olsun, işinizə qayıtmazdan əvvəl tamamilə yaxşılaşdığınıza əmin olun. Sadə bir şikəstlik belə diqqət
etməyib, üstünə düşmədiyiniz təqdirdə pisləşər. Bu dəfə özünüzü daha pis hala sala bilərsiniz. Bir gündən artıq davam edən ağrı və yaralanmalarda həkimə müraciət etməyə çəkinməyin. 
Məşqə bir az ara verək
 Düzgün avadanlığınız yoxdursa... 
Etdiyiniz idman nə olursa-olsun, lazımi avadanlıqların ən yaxşısını almağa diqqət yetirin. Sadəcə, ən son dəbdə olan iş alətlərini almağa tələsməyin. Doğru avadanlığa sahib olmamaq şikəstliyə səbəb ola bilər. Ayaqqabınızı yaxşı seçin. Yaxşı idman mağazalarında bu işi bilən insanlar sizə hansı ayaqqabını almağınız lazım olduğu məsələsində kömək edəcəklər. Nümunə olaraq qaçışa çıxmaq üçün təbii addım tərzinizə görə müxtəlif ayaqqabılar mövcuddur. Ata minmə avadanlığı kimi xüsusi əşyalar professional təminatçılardan alınmalıdır. 
İçkili halda
Əgər bütün gecəni yatmamısınızsa, səhərki aerobika dərsinə girməzdən əvvəl yaxşı fikirləşin. Spirt susuzluğa səbəb olar. Buna görə də uyğunluq üçün kifayət qədər su içdiyinizdən əmin olun. Hələ spirtin təsirində olub-olmadığınızı dəqiqləşdirin. Bədəninizin bir vahid spirti atması təxminən bir saata bərabər gəlir. 4 stəkan pivə içmisizsə, 11 saat ərzində o miqdardan tamamilə xilas olmuş olmazsınız. Hələ sərxoş olma ehtimalınız vardırsa, iş görməyin. Son yemək yediyiniz vaxtı yada salın. Bəzən səhərlər iştahsızlıq baş verir və insan heç nə yemək istəmir. O günü özünüzə istirahət verin, idman salonuna getməyin.
Məşqə bir az ara verək
Hamiləlik
Hamiləlik zamanı həkiminiz təsdiqlədiyi təqdirdə idman etməyə davam edə bilərsiniz. Hamiləlik müddətində çox da özünüzü yoran idmana maraq göstərməyin. Hamiləlik sadəcə sizdən 9 ay dinclik istəyir. Əgər hamiləlikdə məşq etməyə qərar versəniz, üçüncü aydan sonra nələri edib, nələri etməməyiniz lazım olduğu mövzusunda həkiminizdən məsləhət almağınız lazımdır. 
 Körpə doğulduqdan sonra
Uşaq dünyaya gəldikdən dərhal sonra gündəlik 400 kalorili proqramına qayıdan neçə məşhur eşitmisiniz? Onların tək sözünə belə inanmayın, onlar səhiyyə işçilərinin dediyinin tam tərsini tətbiq edirlər. Buna baxmayaraq, formanızı təkrar qazanmaq üçün tələsirsinizsə, yüngül işə başlamaq üçün 6 həftə, qeysəriyyə olanlar isə 11 həftə gözləməlidir. 6 həftə keçdikdən sonra yavaş-yavaş köhnə işlərinizə geri dönə bilərsiniz. Doğuşdan sonrakı işlər üçün hansı abdominal əzələləri çalışdırmaq lazım olduğunu öyrənmək məqsədiylə həkiminizdən kömək almaq sizin üçün məntiqli ola bilər. Utanmağınıza səbəb olan bölgələrdən biri də qarın bölgəsindəki ətlərdir. Doqquz ay ərzində onun üzərində işlədinizsə, çox böyük bir çətinliyiniz olmaz, amma yenə də xüsusi idman aləti almaqda sizə kömək edəcək. 
Motivasiya əskikliyi
Ən əhəmiyyətli təklifimiz məntiqli olmağınız və işə getmək üçün motivasiyalarınızı düşünməyiniz olacaq. Özünüzə qarşı dürüst olun. Əgər həqiqətən cəhd göstərmirsinizsə, bəlkə də məşq proqramınız sizə darıxdırıcı gələ bilər. Bu zaman təkrar olan şeylərdən bir az kənara çıxmaq sizin üçün faydalı ola bilər. İşinizə rəqs fiqurları, su aerobikası kimi sizə maraqlı gələn yeni formalar əlavə edə bilərsiniz. Nəticədə özünüzə gözəl motivasiya yaratmış və əylənmiş olacaqsınız.
14 iyul 2014
GO BACK