Qadin.NET / Ramazanda ürəyi yoran xətalı vərdişlər

Ramazanda ürəyi yoran xətalı vərdişlər

Ramazanda ürəyi yoran xətalı vərdişlər

Mütəxəssislər Ramazan ayında qəlbi yoran 8 xətalı vərdişləri və bunların yol açdığı sağlamlıq problemlərini sıralayıblar.

İftardan sonra siqaret çəkmək və çay içmək, çox sürətlə yemək, iftar süfrəsindən qalxdıqdan sonra idman salonuna getmək, sahura qalxmamaq sağlam şəxslərə belə mənfi təsir edir. Bu xətalı vərdişlər ürək xəstələrində çox ciddi irəliləyişlərə yol aça bilir. Nəfəs darlığı, ritm pozğunluqları, hətta infarkta da səbəb ola bilər.  

Ramazan ayı boyunca nahar sayımız və yemək vərdişimiz qəfildən dəyişir. Günlük alınması lazım olan enerji, protein, vitamin və mineral mənbələrin Ramazan ayında dəyişməsə də, bu ayda 3 nahar olan günlük qidalanma iki nahara enir və qırmızı ət, xəmir yeməkləri, şirniyyatın qəbulu artır. Bütün bu hallar sağlam insanlarda belə problemlərə səbəb oduğu üçün diqqətli olmaq lazımdır. Ürəyə mənfi təsir edən vərdişlər siyahısında bunlar var.

Həkimlə məsləhətləşmədən oruc tutmaq

Ramazanda ürəyi yoran xətalı vərdişlər

Xroniki xəstəliyi olan şəxslər Ramazandan əvvəl mütləq həkim yoxlanışından keçməli və oruc tutmağı planlayırlarsa, həkimdən məsləhət almalıdırlar. Oruc tutmaq xəstələnmək üçün yox, sağlamlığa qovuşmaq üçün bir vasitədir.

Su əvəzinə qazlı və ya şəkərli içkilər içmək

Ramazanda ürəyi yoran xətalı vərdişlər

İftarda yeməyə başlamazdan əvvəl bir və ya iki stəkan su içmək lazımdır. Bu, bütün gün itirilən suyun yerinə qaytarılması və toxluq hissinin yaranması baxımından çox vacibdir. Şəkərli içkilər qan şəkərində oynamalara səbəb olur və maddələr mübadiləsinin pozulmasına yol açır.

Sahurda ağır yeməklər yemək 

Ramazanda ürəyi yoran xətalı vərdişlər

Sahurda yağlı və ağır qidalar yeyildiyi zaman maddələr mübadiləsində çətinliklər yaranır. Çünki həmin vaxt maddələr mübadiləsinin sürəti yavaş olduğu üçün vücuda daxil olan qidaların yağa dönüşü daha artıq olur və ciddi mədə rahatsızlıqları yarana bilir.

Tək payla oruc tutmaq

 Sahura qalxmamaq üçün axşam yatmazdan əvvəl yemək və sahurda sadəcə su içərək təkrar yatmaq xüsusən yay aylarında 18 saat kimi uzun müddət ac qalmağa və maddələr mübadiləsinin sürətinin yavaşlamasına gətirib çıxarır. Uzun müddətli aclıqlar zamanı qan şəkəri düşür. Su ilə duz itkisi yaranır və təzyiq düşür. Oruc tutarkən mütləq sahur yeməyini yemək lazımdır.

Bol miqdarda qəbul edilən şirniyyat məhsulları və xəmir yeməkləri

Ramazanda ürəyi yoran xətalı vərdişlər

İftar zamanı kolbasa, basdırma, xəmir yeməkləri yemək mədəni yükləmək deməkdir. Bu hallar yüksək təzyiq və ürək xəstəliklərinə yol aça bilər.

Qan şəkərini sürətlə yüksəldən qidalar

Ramazanda ürəyi yoran xətalı vərdişlər

Ramazanda edilən ən böyük xətalardan biri də çox tez bir şəkildə, çox yüksək miqdarda qida qəbul etməkdir. İftarda sürətlə yemək ürək ilə beyinə gedən qan dövranının zəifləməsinə, bunun da sonunda sinə ağrısına, ürəkgetmələrə səbəb ola bilir. 

Ağır idman etmək

Ramazanda ürəyi yoran xətalı vərdişlər

İftardan sonra idman salonunda məşq etmək zədələnmə, ritm pozğunluğu və ürək çatışmazlığı yarada bilər. Ramazanda, xüsusən yay aylarında gün ərzində ağır məşqlərdən uzaq durulmalıdır. Yüngül yerişlər daha məsləhətlidir.

11 iyun 2016
GO BACK