Oruc bütün müsəlmanlar üçün fərz olan bir ibadətdir. Hər il 10 gün geri gedən Ramazan ayı bu il istilərə düşdüyündən ac qalmaq yox, susuzluq bəzilərinə çətin gələ bilər. Əsasən də ilk dəfə oruc tutanlara. Təxminən 15-16 saat ac və susuz qalmağımız lazımdır. Susuz keçirilən hər müddət sağlamlığımıza mənfi təsir edir. Bəs oruc tutduğumuz dövrdə susama hissini necə azaldacağınızı bilirsinizmi? Sahurda nə yesək, gün ərzində tox olarıq? İftardan sonra çox su içməyin. Gündəlik su ehtiyacımızı - 8-10 stəkan suyu iftar və imsak arasında bölün. Sahur əsnasında ən çox 3 stəkan su için, iftardan sonra da hər saatbaşı 1-2 stəkan su içərək cəmi 8-10 stəkan su için.
Sahurda bunlara diqqət edin
Yağlı və duzlu yeməklər susuzluq yaratdığından onlardan istfadə etməyin. Qızartma yeməklərdən mütləq uzaq dayanmağa çalışın.
Mütləq sahura durun və yavaş-yavaş yeyərək ən az yarım saata bitirin.
Çox su içmək yerinə su nisbəti yüksək olan xiyar, qarpız kimi qidalardan isifadə edin. Həzmi yavaş olacağı üçün gün ərzində su ehtiyacınızı aradan qaldıracaq.
Duzlu, yağlı pendir yerinə kalsiumu daha çox və duzu az olan pendir və ya az yağlı pendir yeyin.
Sahurda 4-5 zeytundan çox zeytun yeməyin. Çox zeytun yemək susamağınıza səbəb olacaq.
Qan şəkərini nizamlamaq üçün zülalla zəgin olan qidalardan (pendir növləri, süd, qatıq, yumurta kimi) istifadə edin.
Çox çay və ya qəhvə içmək olmaz. Bir çoxları çayın susuzluğu aradan qaldırdığını düşünür. Çox təəssüf ki, bu, yanlış düşüncədir.
İftarda bunlara diqqət edin
İftar yeməyindən sonra ağır şirniyyat yemək yerinə bol sulu meyvələrdən istifadə edin. İftar gec olduğu üçün ağır şirniyyat həzm problemləri yaradar.
İftar yeməyinə şorba ilə başlamalı və sonra ən azı yarım saat qədər gözlənilməlidir. Mədəni birdən-birə doldurmaq mədə üçün çox yorucu olacaq. Müxtəlif narahatlıqların meydana gəlməsinə səbəb ola bilər. İftarımızı isti şorba əvəzinə, "soyuq aş" da deyilən dovğa ilə açmaqda fayda vardır.
Oruc yalnız mədəni ac saxlamaq deyil, həmcinin haramdan, günahdan uzaq olmaqdır, paklanmaqdır, təmizlənməkdir. Kaş ki, bir ay yox, ilin on iki ayı oruc olardı. Mən burada orucun cox kiçik və ən adi hissəsini qeyd etmişəm.
Oruc
Başqalarını düşünməyi, səbri öyrədir.
Mərəhmətə, paylaşmağa yaxınlaşdırır.
Özünə inam, sağlamlıq qazandırır.
Nəfsi, iradəni tərbiyə edir.
Pislikdən, günahdan uzaqlaşdırır.
Daxili rahatlığı, Allaha yaxınlaşmağı gücləndirir.
Allah hər kəsin oruc və namazını qəbul etsin!