Qaçarkən fərqində belə olmadan etdiyiniz səhvləri yəqin ki, heç düşünməmisiniz. Bu səhvlər təəssüf ki, şikəstliyə yol aça bilər. Buna görə də əvvəlcə səhvlərinizi düzəltməlisiniz. Gəlin, qaçarkən ən çox edilən səhvlərə nəzər salaq.
1. Uyğun ayaqqabı geyinməmək
Ən çox edilən səhvlərdən biri qaçış zamanı düzgün ayaqqabını geyinməməkdir. Siz normal tempdə qaçmağı sevdiyiniz halda sürətli qaçış üçün olan ayaqqabılardan geyinmək kimi bir səhv edə bilərsiniz. Eyni zamanda bədən quruluşunuza uyğun ayaqqabını geyinmək də çox əhəmiyyətlidir. Bir idman mağazasından bədəninizə uyğun düzgün ayaqqabını ala bilərsiniz. Gördüyünüz kimi bu, asanlıqla öhdəsindən gələ biləcəyiniz səhvdir!
2 İsinmə hərəkətləri etmədən qaçmaq
Hər hansısa bir idmana başlamazdan əvvəl mütləq isinmə hərəkətləri etmək lazımdır. Bu bir sıra zədələnmənin qarşısını alır. İsinmə hərəkətləri etmədən qaçmaq ürəyə də öz mənfi təsirini göstərir. Çünki ürək ritmini yavaş-yavaş yüksəltməlisiniz. Buna görə də qaçmazdan əvvəl mütləq 5-6 dəqiqə isinmə hərəkətləri edin.
3. Qaçılacaq məsafənin qısa müddətdə uzadılması
Əgər qaçdığınız məsafəni hər həftə 10% daha çox uzadırsınızsa, bu bədəniniz üçün yaxşı nəticələr verməz. Qaçdığınız məsafəni yavaş-yavaş uzatmalısınız ki, problem yaşamayasınız. Özünüzü məsafəni birdən-birə artıraraq əziyyətə salsanız, müəyyən zədələrlə üzləşərsiniz.
4. Bilərək yuxardan-aşağı qaçmaq.
Yuxarıdan-aşağı doğru qaçarkən qısa məsafə qət edin. Yuxarıdan-aşağıya doğru uzun bir yolu qaçmaq düzgün deyil. Bu bir sıra zədələrə səbəb ola bilər.
5. Qaçarkən qolları öndə tutmaq
Ən çox edilən səhvlərdən biri də qaçarkən qollarınızı bədəninizdən qabaqda hərəkət etdirməyinizdir. Nəfəs alış-veriş nizamınıza belə təsir edən bu səhvi düzəltmək üçün qaçarkən qollarınızı bədəninizlə eyni xətdə, yəni yanlarda tutun.
6. Kifayət qədər su içməmək
Bir çox adamlar uzaq məsafəni qaçarkən özləri ilə su götürmürlər. Bu, sağlamlığınız üçün heç də yaxşı deyil. Çünki bədən su tələb edir. Əgər 15-16 kilometrdən daha uzaq bir məsafəyə qaçmağa hazırlaşırsınızsa, özünüzlə mütləq su götürməlisiniz. Bunu öz sağlamlığınız üçün etməlisiniz.
7. Səhv geyim seçimi
İdman edərkən düzgün geyim seçməlisiniz. Elə paltar geyinməlisiniz ki, havanı daxilində saxlamasın və dərinizin nəfəs almağına mane olmasın. Beləliklə, bədəniniz həddindən artıq istidən və tərdən sıxılmaz və siz də əlinizdən gələnin ən yaxşısını edə bilərsiniz.