Qadin.NET / Allergiya və onun fəsadları

Allergiya və onun fəsadları

Allergiya- orqanizmdən asılı olmayan 2 səbəbdən asılıdır: 

1-ci səbəb: orqanizmin bir hissəsi olmayan,lakin hər hansı yolla onunla əlaqəsi olan xarici amillərlə bağlıdır.Məsələn:müxtəlif qidalar,dərmanlar,böcək sancmalar,kosmetik vasitələr və s.

2-ci səbəb: insan bədəninin xarici aləmlə əlaqə quran sistemləridir.Məsələn: dəri,mədə- bağırsaq,tənəffüs yolları və s.

Allergiyaya meylli insanları “atopik” adlandırırlar.Bu xəstəlik deyil,lakin ailəvi olan və nəsildən-nəsilə keçən haldır.Eyni ailənin bütün üzvləri allergiyaya qarşı xüsusi həssas ola bilərlər.Ümumi götürdükdə isə allergiya genetik xarakter daşıyır.Və valideynlərin birində olarsa,anadan olan uşaq da allergiyaya qarşı həssas ola bilər.Əgər valideynlərin hər ikisində allergik reaksiya olarsa,bu zaman uşaqda allergiya riskinin yüz  faiz olması mütləqdir. 

 
Allergiyanın müalicəsi ümumi nəzarət,pəhriz,düzgün qidalanma,yuxunun qaydasında olması və lazım gələrsə dərman müalicəsindən asılıdır.Ona görə də allergiyanı tamamilə aradan qaldırdığı iddia edilən vasitələrə aldanmayın..Bu vasitələri istifadə etməzdən əvvəl mütləq həkimə müraciət edin.Ev tozuna qarşı allergiyası olanların döşək,yorğan,yastıq və s.yataq dəstləri yundan olmamalıdır.Sintetikadan hazırlanmış dəstlər daha məqsədəuyğundur.Bu örtüklər ən az həftədə bir dəfə dəyişdirilməlidir.Həmçinin yüksək tempraturda yuyulmalı,allergiya yaratmayan şkafda saxlanılmalıdır.Allergiyası olan insanlar yunlu və tüklü geyimlərdən uzaq olmalıdırlar.

Nəm və rütubətli yerlərdə əmələ gələn göbələklər və kiflər allergiya və astmanı artıran faktorlar sırasındadırlar.Hamam və bu kimi yerlərdə xalça və tüklü örtüklər işlətməyin.Allergiyalı insanlarda burun xəstəlikləri- ürtikers,astma,rinit,nazal poliplər kimi xəstəliklər yaranmaqla yanaşı,insanı şoka salmaq səviyyəsinə də çatdırır.Ona görə də özünüzə qarşı hər zaman diqqətli davranın.

Əzizlərim,bəs siz allergiyaya qarşı nə dərəcədə həssassınız?

28 may 2011
GO BACK