Qadin.NET / Psixoloji xəstəliklər - 1

Psixoloji xəstəliklər - 1

Anoreksiya

Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa) -  fərdin bədən obrazının (öz bədənini dərk edə bilməməsi) pozulması və nəticədə özünü kök hiss etməsi ilə müşahidə edilir. Onlar qidalanmağı rədd edir və bu səbəblə də həddindən artıq çəki itirirlər. Ətrafdakı insanlar onların yetərincə arıq olduqlarını desələr də, ilk baxışdan bunu qəbul edirlər, amma daxilən bunu qəbul etməyərək ciddi pəhrizlər etməyə davam edirlər. Anoreksiya sözünün mənası “iştahın itməsi”-dir.Xəstəliyin adı iştah itirilməsi olsa da, əslində bu cür psixi pozğunluq yaşayan insanların iştahları heç də pisləşmir. Əksinə onların iştahları artır və doyumsuzluq hissi yaşamağa başlayırlar. Amma arıqlasınlar deyə yemək yeməməkdə inadlıq göstərirlər. Çox az hallarda bu cür psixi pozuntu ölümlə nəticələnir.

Psixoloji xəstəliklər - 1

Asperger sindromu

Bu da psixi pozğunluğun bir növüdür. Onu bəzən autizmin bir forması da hesab edirlər. Bu sindromla əziyyət çəkən insanlar əslində normal və yüksək intellektə sahibdirlər. Amma bununla yanaşı onlarda social qabiliyyətlər zəif inkişaf edib və vərdişləri də zəifdir. Səbəbi isə budur ki, onlarda emosional və social inkişaf ləngiyir. Bu da onların inteqrasiyasını gecikdirir. Bu sindrom Avstriyalı psixiatr və pediatr Hans Aspergerin şərəfinə belə adlandılıb. O, bu pozuqluq barədə cxeyli araşdırmalar etmiş və öz xəstələrini də hər zaman kiçik professorlar adlandırmışdır. Onu da qeyd edim ki bu sindrom autizmdən tamamilə fərqlidir. Onlar autistlərə bənzəsələr də, əqli cəhətdən heç də inkişafdan geri qalmırlar, sadəcə olaraq bu inkişaf onlarda ləng gedir.

Psixoloji xəstəliklər - 1

Ayrılmaq pozğunluğu

18 yaşından əvvəl başlayan və evdən və ya bağlı olduğu adamlardan ayrılmaqla əlaqəli əsassız narahatlıqlar yaranan bir qayğı pozğunluğudur. Problemin simptonları içində sevilən adamın başına bir şey gləməsi və ya bu adamları itirmək qırxuları, itmək, qaçırılmaq qorxuları, evdə həmin adamlarla qala bilmək üçün dərsə getməmək, evdə tək qalmağı istəməmək, tək yatmaqdan imtina etmək, ana xətti ayrılmaq üzrə olan kabus yuxuları görmək,  ağlamaq, yalvarmaq, depressiya, ayrılma mövzuları olan günlərdə fiziki şikayətlər və s. var.

Bədən dismorfik pozğunluğu

Bu psixoloji pozğunluq özünü hər hansısa bir xəyali fiziki qüsurun yaradılması (məsələn, formasız bir burun) və bu qüsurla əlləşmək və ya çox kiçik bir qüsurun şişirdilib problemə çevrilməsi ilə ğzünü büruzə verir. Bu tip şəxslər psixoloqlardan çox plastic cərrahların, dermotoloqların yanına gedirlər. Bu tip problemin daha çox 15-20 yaş arasında və kişilərdən çox qadınlar arasında yaşandığı araşdırmalar nəticəsində məlum olubdur. Bu problem yaşayan şəxslər əsas etibarilə subaylar olur. Bu cür problemlər şəxsdə özünəinamın itirilməinə və dolayısı yolla da fiziki fəaliyyətin aşağı düşməsi ilə nəticələnə bilir. Unutmamaq lazımdır ki, belə problem yaşayan insanların aldığı hər cür müalicə və etdiyi hər cür əməliyyat uğursuzluqa nəticələnir. Çünki onlar problemin həllini səhv yöndə axtarırlar.

Psixoloji xəstəliklər - 1

Bipolyar pozuntu

Bu xəstəlik emosiyaların iki əks tərəfli dəyişiklikləri ilə özünü büruzə verir. Hamımız bilirik ki, əhval-ruhiyyənin dəyişməsi normal bir haldır. Amma bipolyar pozuntudan əziyyət çəkən insanlarda bu əhval dəyişikliyi çox güclü şəkildə baş verir və nəticə etibarilə maniakal və ya depressiya vəziyyətlərinə qədər gedib çıxır.  Bu xəstəlik əvvəllər “maniakal-depressiv pozuntu” adlanırdı. Bu tip pozuntu yaşayan insanlar həftələrlə, hətta aylarla emosiyalarının əks qütblərində qala bilir. Müxtəlif araşdırmalar nəticəsində müəyyən olunub ki, bu tip pozğunluq ən çox 20-30 yaş arasında özünü büruzə verir.

Bipolyar pozuntunun simptonları bunlardır: Yorğunluq, bitkinlik, enerjisizlik. Bezgin ruh halı və əhval pozuqluğu. Artan istirahət ehtiyacı. Özünəgüvənin və özünəinamın azalması. Kefsizlik və marağın azalması. Günlük məsuliyyətlərin sonraya saxlanılması. Diqqət pozuqluğu. Düşünməyin çətinləşməsi. Azalan cinsi istək. Qorxaqlıq və əsəbilik. Hər şeyi öz üzərinə alma və başqalarının daim onun haqqında pis danışdığı düşüncəsinə qapılmaq.  Fiziki rahatsızlıqlar. Spirtli içki qəbulunun artımı. Gərgünlik, hüzursuzluq. Həddindən artıq hissiyyatlı olmmaq.

Bu problem müalicə edilmədikdə həddindən artıq ağırlaşa bilir. Duyğu hallarının vəziyyəti, dərinliyi və müddəti adamdan-adama dəyişir.  Bu xəstəliyin müalicəsi zamanı litium karbonat, valproate və s. bu tip dərmanlar qəbul edilir. Hətta bəzi antiepilepsiya dərmanları da bu xəstəliyin müalicəsi zamanı istifadə edilir. Əsas olan odur ki, simptonlarını erkən görmək və erkən müalicə olunmaq lazımdır. Bu problem asanlıqla müalicə edilən bir xəstəlik deyil. Bəzən illərlə həkim nəzarəti altında qalmaq lazım ola bilir. Dərmanla müalicə xəstəliyin nəzarət altına alına bilinməsi üçündür. Bu problemlə əziyyət şəkənlər bir psixoloqun və ya həkimin köməkliyi ilə depressiya hallarına qarşı mübarizə aparmalı və iradəsini gücləndirməlidir. İnsan hər zaman güclü iradəli, inamlı və imanlı olmalıdır. Əks halda bu tip xəstəliklərlə mübarizə aparmaq ya olduqca şətin olur, ya da qəti mümkün olmur.

Daim sağlam olmağınız diləyi ilə.

29 iyun 2014
GO BACK